“Müdafiə Xətti” Ombudsmanla nələri müzakirə edib?
Sosial Media
“Ombudsmanla görüşdə qaldırılan problemlərin zamanla həll olunacağına ümid edirəm”.
Bunu “Müdafiə Xətti” İnsan Hüquqları Təşkilatının həmtəsisçisi Rüfət Səfərov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevayla keçirilən görüşü “Toplum TV”-yə şərh edərkən deyib.
Ombudsmanla görüşdə "Müdafiə Xətti"nin həmtəsisçiləri - Zəfər Əhmədov, Zaur Əkbər və Rüfət Səfərov iştirak edib.
R.Səfərov bildirdi ki, görüşdə bir çox problemlər müzakirə olunub: “Məsələn, siyasi məhbus problemi bizi çox narahat edir. Cəzaçəkmə müəssisələrində olan vəziyyəti, xüsusilədə işgəncə hallarını, həmçinin Gəncə və Tərtər işini müzakirə etdik. Həmçinin siyasi məhbus Niyaməddin Əhmədovun 2 ilə yaxın müddət ərzində ailəsi ilə telefonla danışa bilməməsi problemindən danışdıq. Yeni saxlanan AXCP üzvü Aqil Hümbətovun cinayət işinin nəzarətə götürülməsi ilə bağlı xahişimizi çatdırdıq”.
R.Səfərov qeyd edir ki, görüş səmimi və konstruktiv şəraitdə keçib: “Səbinə xanım bizə bildirdi ki, qaldırdığımız problemləri səlahiyyətləri daxilində həll etməyə çalışacaqlar. Bu, ilk görüş olsa belə, düşünürəm ki, problemlərin aradan qaldırılması üçün yeni görüşlər də keçirəcəyik”.
Hüquq müdafiəçisinin sözlərinə görə, yaxın zamanlarda "Müdafiə Xətti"nin digər dövlət orqanları ilə də görüşləri nəzərdə tutulur.
Açıq mənbələrdən götürülüb
Rəsmi səhifə
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?