Siyasət

“Müdafiə Xətti”: “Qarabağ qazilərinin azadlığa buraxılmasını gözləyirik”

Nigar Səmədli
16 Mart, 2021
1862

Deko

“Müdafə Xətti” İnsan Haqları Təşkilatı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. 

Qurumun həmtəsisçisi Rüfət Səfərov bu barədə “Toplum TV”-yə danışıb. 

O bildirir ki, müraciətin məqsədi Novruz bayramı ərəfəsində imzalanması gözlənilən əfv sərəncamında siyasi və dini görüşlərinə görə həbs olunanların da azadlığa buraxılmasıdır. 
 
“Təəssüflər olsun ki, 1993-cü ildən etibarən Azərbaycanda siyasi və vicdan məhbuslarının olmadığı dönəm yoxdur. Zaman-zaman yerli və beynəlxalq hüquq müdafiəçilərinin, beynəlxalq məhkəmələrin tələbi ilə siyasi məhbusların bir qismi azadlığa buraxılsa da, yenidən siyasi və dini görüşlərinə görə, həbs halları olub. Bu gün ölkədəki cəzaçəkmə müəssisələrində müxtəlif kateqoriyalar üzrə 150-ə yaxın siyasi məhbus var. Bu kateqoriyalara ömürlük məhbuslar, jurnalistlər, inanclı, ictimai-siyasi şəxslər, sosial etirazlarda iştirak edən şəxslər daxildir”. 

O, “Müdafiə Xətti”nin Novruz bayramı ilə əlaqədar geniş əfv sərəncamının imzalanmasını gözləyir.

Rüfət Səfərov - Sosial Media

“Siyasi məhbusların tam tərkibdə, bu mümkün olmazsa, 2019-cu ilin mart ayında imzalanmış, özüm də daxil olmaqla 51 siyasi məhbusun azadlığı ilə nəticələnən əfv sərəncamı ilə müqayisə oluna biləcək sərəncamın imzalanmasını gözləyirik. “Müdafiə Xətti” olaraq hesab edirik ki, ölkədə demokratik və hüquqi açılımlar olmalıdır, bunu da siyasi məhbusların azadlığı olmadan təsəvvür etmək çətindir. Amma ümidliyik ki, bir neçə gün ərzində Prezident müvafiq sərəncamı imzalasın və müraciətimizdə adları yer alan şəxslər də siyahıda olsun”. 

R.Səfərov xüsusən də ötən ilin iyulunda Qarabağa və Orduya dəstək məqsədilə keçirilən yürüşdən sonra həbs edilənlərin azadlığa buraxılması üçün müraciət etdiklərini söyləyir: 

#Azadlıq Radiosu
*Orduya dəstək yürüşündən kadr


“Müdafiə Xətti” məhz 14-15 iyulda dinc şəkildə təşkil olunan yürüşə görə, həbs olunanların müdafiəsini həyata keçirmək üçün təsis edildi. Müraciətin son hissəsində bu gün cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum olunan xeyli sayda qazimizin də azadlığa qovuşacağı ilə bağlı ümidlər ifadə olunub. Vətən müharibəsi dövründə ölkəmizdə milli həmrəylik ifadə olundu. Düşünürəm ki, bu həmrəyliyin daha geniş vüsət alması və inkişaf etməsi üçün dövlət başçısı İlham Əliyev öz iradəsini nümayiş etdirməlidir. Bunun da ən optimal variantı odur ki, günahsız şəkildə həbs olunan vicdan məhbusları azadlığa qovuşsun”. 

2020-ci il iyulun 14-də Bakıda orduya dəstək yürüşü keçirilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirilib, xidməti avtomobilləri aşırılıb, Milli Məclisə ziyan dəyib. Bundan sonra cinayət işi açılıb. 

Hüquq müdafiəçiləri bu zaman 70 nəfərin saxlanıldığını, 25 nəfər haqda cinayət işi açıldığını bəyan ediblər. Orduya dəstək yürüşündən sonra Xalq Cəbhəsi Partiyası 40-dan çox fəalının həbs edildiyi, onlardan 16 nəfərinin yürüşlə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb edildiyi bildirilib.

Yürüşdən sonra həbs edilən bir neçə şəxs isə koronavirus infeksiyasını yaymaqda ittiham edilib. Bu şəxsləri Cinayət Məcəlləsinin 139-1.1 maddəsinə uyğun olaraq 5000 manata qədər cərimə və ya 3 ilə qədər həbs cəzası gözləyir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Xankəndidəki partlayışda yaralananlara yardım göndərib

Toplum TV
26 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Bakı Xankəndidə yanacaqdoldurma məntəqəsində partlayışda yaralanan şəxslərə yardım məqsədilə tibbi ləvazimatlar göndərib. Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 26-da Azərbaycan Prezident Administrasiyası məlumat yayıb.  https://toplum.tv/siyaset/pxocalida-ermeni-sakinlerin-nuumlmayendeleriyle-goumlruumlsuumln-neticeleri-accediliqlandip Bildirilir ki, yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb. Xatırladaq ki, ötən gün Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Son məlumata görə, partlayışda ölənlərin sayı 20-ə çatıb, 300-ə yaxın yaralı var.
Siyasət

Xocalıda erməni sakinlərin nümayəndələriylə görüşün nəticələri açıqlandı

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Xankəndi və Xocalıda qurulacaq səhra hospitalında Azərbaycan və erməni əsilli tibb heyətinin birgə fəaliyyəti təklif edilib. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 25-i AR Prezident Administrasiyası Xocalı şəhərində baş tutan görüşlə bağlı bildirib. Qurumun açıqlamasına görə, sentyabrın 25-i keçirilən görüş Qarabağın erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov və erməni sakinlərin təmsilçiləri ilə arasında keçirilib. Belə ki, 21 sentyabr "Yevlax görüşü"-nün davamı kimi keçirilən konstruktiv görüş zamanı humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpası ilə bağlı razılıq ifadə olunub. Müzakirədə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul...

Seçilmiş Videolar

Toplum TV loqo