Siyasət

“Müdafiə xətti” Saleh Rüstəmli ilə bağlı bəyanat yaydı

28 Mart, 2021
605

BBC

Saleh Rüstəmli

“Müdafiə xətti” (Line of Defense) Birinci Qarabağ müharibəsi iştirakçısı, Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başcısı Saleh Rüstəmlinin həbsxanada üzləşdiyi problemlərlə bağlı bəyanat yayıb. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) yardım iddiasıyla 7 il 3 ay həbslə cəzalandırılan Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlinin cəzaçəkmə müəssisəsində təhdid olunduğu bildirilir. 

"Müdafiə Xətti" bəyan edib ki, Saleh Rüstəmli əfv ərizəsi yazmadığına görə Azərbaycan hökumətinin təzyiqinə məruz qalıb.

Hüquq müdafiə təşkilatının yaydığı məlumatda deyilir ki, qardaşı Taleh Rüstəmov Saleh Rüstəmliyə qarşı şantaj prosesinin hazırlandığını deyib: "Bu gün Salehlə telefon danışığımız oldu. Üstüörtülü müəyyən məsələləri çatdıra bildi. Əvf sərəncamından əvvəl bir neçə dəfə onunla profilaktik söhbətə gəliblər. Əfv ərizəsi yazmaq təklif olunub. Hər dəfə də təklifləri geri çevirib. Sonuncu dəfə isə ona bildirilib ki, "daha bir də bura gəlməyəcəyik, elə edəcəyik ki, sonra özün yalvaracaqsan". Saleh bu gün dedi ki, artıq 13 saylı Cəzaçəkmə Müəssisəsində ona qarşı hansısa şantaj prosesinə start verilib. Müxtəlif şəxslər vasitəsilə ona çatdırılıb ki, barəsində ifşaedici materiallar yayılacaq. Bu hansısa şantaj materialları da ola bilər". 

"Müdafiə Xətti" bildirib ki, bu gün vəkil Bəhruz Bayramov Saleh Rüstəmli ilə görüşmək üçün 13 saylı Cəzaçəkmə Müəssisəsində olsa da, görüşə şərait yaradılmayıb. Amma vəkil S.Rüstəmli ilə telefonla danışa bilib. 
Telefon danışığı zamanı isə S.Rüstəmli ciddi təzyiqlərə məruz qaldığını deyib. 

"Müdafiə Xətti"nin hesab edir ki, Saleh Rüstəmli 2018-ci ilin may ayından bəri qurama ittihamlarla həbsdədir: "Saxlandığı zaman ağır işgəncələrə məruz qalıb, üstəlik, 18 gün ərizndə vəkil ilə ünsiyyətinə şərait yaradılmayıb".

"Müdafiə Xətti" bəyanatına qeyd olunur ki, Saleh Rüstəmli həbs olunduğu tarixədək Rusiyada yaşayıb: "Sahibkarlıq fəaliyyəti ilə məşğul olub, Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin ailələrinə maddi yardımlar edib. Bu, hökuməti qəzəbləndirib, qanunazidd hərəkətlərə, saxta ittihamlar irəli sürməyə sövq edib".

"Müdafiə Xətti" məhbusun üzləşdiyi problemin ciddi olduğunu vurğulayıb: "Saleh Rüstəmli yaxınlarına deyib ki, ona qarşı təhdid və təzyiqlər dayanmasa, müddətsiz aclıq aksiyasına başlayacaq".

Təşkilat Azərbaycan hökumətinə çağırış edib ki, siyasi əsaslarla cinayət təqibinə məruz qalaraq 7 il 1 ay müddətinə azadlıqdan məhrum edilən S.Rüstəmliyə qarşı hüquq, qanun və mənəviyyatla bir araya gəlməyən hərəkətlərə son versin.

Təşkilat həmçinin Ombudsman Səbinə Əliyevaya və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinə müraciət edib ki, S. Rüstəmlinin durumunu humanitar qaydada nəzarətə götürsünlər.

"Müdafiə Xətti" ölkə ictimaiyyətinə, xüsusilə, hüquq cəmiyyətinə müraciət edir: "Hər kəs Saleh Rüstəmlinin məruz qaldığı qanunazidd davranışları kəskin şəkildə pisləsin, bu istiqamətdə ictimai rəyi səfərbər etməkdən ötrü əməyini əsirgəməsin".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo