''Müdafiə Xətti'' Şəhla Hümbətovanın Vəkillər Kollegiyasından çıxarılması ilə bağlı bəyanat yaydı
Sosial Media
''Müdafiə Xətti'' müstəqil hüquqşünaslara, sərbəst vəkillərə qarşı həyata keçirlən repressiv tədbirləri, vəkillik institutunu icra hakimiyyətinin əlavəsinə çevirmək üçün atılan addımları qətiyyətlə pisləyir.
Bu barədə qurumun martın 5-də yaydığı bəyanatda bildirilib.
"Şəhla Hümbətova peşəkar vəkil, prinsipial hüquqçu kimi cəmiyyətdə, xüsusilə, hüquq ictimaiyyətində tanınmış hüquqşünasdır. O, hakimiyyətin sifarişi ilə həbs edilən siyasi və vicdan məhbuslarının müdafiəsini cəsarətlə, yüksək peşəkarlıqla və etibarlı şəkildə təşkil edib", - bəyanatda qeyd olunub.
Təşkilat sözügedən qərarın Azərbaycan hakimiyyətinin ölkədə sərt üsul-idarəni möhkəmləndirmək istiqamətində atdığı növbəti addım olduğunu irəli sürüb:
"Hakimiyyətlər bölgüsü pozulur, hakimlərin müstəqilliyi təmin olunmur, məhkəmələrin cinayət, mülki, inzibati və s. işlərə baxarkən faktlara əsaslanmaması, qərəzsiz, ədalətli, obyektiv araşdırma aparmaması adi xarakter daşıyır. Xüsusilə, məhkəmələrdə çəkişmə prinsipi pozulur, siyasi yüklü cinayət işlərinin istintaqı zamanı ittiham və müdafiə tərəfinin hüquqları bərabər şəkildə təmin edilmir, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ gözlənilmir".
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?