Siyasət

Müharibədə Azərbaycanın informasiya siyasəti doğru idi, ya Ukraynanın?

Vüsalə Mikayıl
1 İyun, 2022
1144

Açıq mənbələrdən götürülüb

Ukrayna-Rusiya müharibəsi üç aydan artıqdır davam edir. Savaşın ilk günündən beynəlxalq media döyüş bölgələrində azad fəaliyyət göstərir, məşhur KİV-lər qaynar nöqtələrdən hazırladıqları reportajları yayımlayır, canlı efirə çıxırlar.  Ölkədə internetin fəaliyyətinə heç bir məhdudiyyət tətbiq edilməyib. Amma 2020-ci ildə Azərbaycanla Ermənistan arasında 44 gün çəkən müharibədə əksi müşahidə olunmuşdu. Həm internetin, həm də medianın fəaliyyətinə məhdudiyyətlər tətbiq edilmişdi. Bu məhdudiyyət müharibə bitəndən bir müddət sonra da davam etmişdi, üstəlik günü bu gün də işğaldan azad edilən bölgələrə rəsmi icazə olmadan getmək mümkün deyil.  

Ukrayna təcrübəsini nəzərə alsaq, Azərbaycan hökumətinin 44 günlük müharibədə seçdiyi strategiyanın yanlış olduğunu düşünmək olarmı?

“Müharibə dövründə və şərtləri daxilində nə qədər işləmək mümkündürsə, Ukrayna hökuməti o imkanı verir”

Hər iki müharibədə döyüş bölgəsində fəaliyyət göstərmiş jurnalist Seymur Kazımov öz müşahidələrini “Toplum TV” ilə bölüşüb. 

O, müharibənin ilk günündən Ukraynanın qapılarını beynəlxalq medianın üzünə açdığını, bunun əksinə Azərbaycan dövlətininsə xarici medianı ölkəyə buraxmadığını vurğulayır.

“Ukrayna hökuməti maksimum dərəcədə çalışır ki, beynəlxalq media proseslərdə yaxından iştirak etsin. İnternetin ölkəboyu  fəaliyyəti məhdudlaşdırılmayıb, ancaq bizdə əksi idi. Ukraynada KİV-lər arasında ayrı-seçkilik yoxdur. Təbii ki, CNN-ə, BBC-yə daha çox üstünlük verilir. Amma Azərbaycan kimi ölkələrə də işləməyə müəyyən dərəcədə imkanlar yaradılır. Məsələn, orda bir meşə var, ora gedən ilk jurnalist mən idim. Onlar özləri daha çox marağındadır ki, beynəlxalq jurnalistlər işləyə bilsinlər. Həmçinin, yerli jurnalistlərə də bu imkan tanınırdı”. 

S.Kazımovun sözlərinə görə, Ukraynada xarici jurnalistlərin postlarda akkreditasiya sənədini göstərməsi ərazidə işləməyə kifayət edir. O, sadəcə, müharibənin daha qızğın getdiyi Nikolayev, Xarkov kimi şəhərlərdə əlavə qeydiyyat nəzərdə tutulduğunu, münaqişə zonasına yaxınlaşdıqca, təhlükəsizlik tədbirləri görüldüyünü söyləyir. 

“Nəzarət yerlərdə hərbi dairələrə verilib. Onlardan da hətta icazə almaq müəyyən qədər asandır. Ukrayna hökuməti çalışır ki, həm yerli, həm də beynəlxalq jurnalistlər işləyə bilsin. Müharibə dövründə və şərtləri daxilində nə qədər işləmək mümkündürsə, Ukrayna hökuməti o imkanı yaradır”. 

Jurnalist sözügedən ölkədə dövlət qurumlarının da mediaya açıq olduğunu bildirir. Düzdür, bəzi xoşagəlməz halların, məsələn, hədə-qorxu gəlinməsi, kadrları silmək kimi cəhdlər olsa da, ümumən jurnalistlərə işləməyə imkan yaradıldığını söyləyir.

“Onların məqsədi  müharibənin dəhşətini, miqyasını və Rusiyanın təcavüzünü dünyaya göstərməkdir. Çünki müharibə zonasından çəkilən hər bir foto sənəddir”, - Seymur Kazımov qeyd edir.

“Azərbaycan müharibə dövründə bütün parametrlər üzrə siyasəti düzgün seçmişdi”

Deputat, “Yeni Azərbaycan” qəzetinin keçmiş redaktoru Hikmət Məmmədov iki müharibə arasında müqayisə aparmağı doğru hesab etmir. 

Hikmət Məmmədov - Açıq mənbələrdən götürülüb

“Azərbaycan 44 günlük müharibədə medianın və digər informasiya vasitələrinin xəbər almaq tələbatında ardıcıllığı və davamlılığı təmin edə bildi.  Bunu rəsmi mənbələrdən təmin etməklə müharibənin gedişi haqqında ictimaiyyətə dolğun informasiya təqdim edildi. Həm də medianım şəffaflığı təmin edildi. Bütün hallarda müharibə fövqəladə hadisədir, bütün proseslərin idarə olunması strateji baxımdan çox önəmlidir. Xüsusən, indiki dövrdə informasiyanın idarə olunması çox vacib məsələdir”. 

Deputatın qənaətincə, Azərbaycan müharibə dövründə bütün parametrlər üzrə siyasəti düzgün seçmişdi və bu addımlar informasiyanın şəffaflığına, manipulyasia edilməməsinə, ilkin mənbədən alınmasına hesablanmışdı.

Şahida Tulaqanova: “Ermənistanda da vəziyyət eyni idi”

Hər iki müharibəni işıqlandırmış jurnalist Şahida Tulaqanova 2020-ci ildə Azərbaycanda müharibə zamanı  cəbhə xəttinə jurnalistlərin çıxışının ciddi şəkildə məhdudlaşdırıldığını söyləyir. 

“Ermənistanda da vəziyyət eyni idi. Üstəlik, Azərbaycanda xarici jurnalistlərə viza verilməsi ilə bağlı sərt qayda var idi. Bu vaxt alırdı əlbəttə ki. İşləmək həqiqətən çətin idi. Mən düşünmürəm ki, bu Azərbaycana öz mövqeyini çatdırmağa kömək etdi, əksinə, hətta mane olurdu”. 

Ş.Tulaqanova da hazırda Ukraynada akkreditasiya prosesinin asan olduğunu təsdiqləyir: “Bu akkreditasiya sizə hər yerə getməyə imkan verir. Bəzən də kommendant saatlarında gec saatlarda nəzarət məntəqələrindən keçməyə kömək edir”. 

İndiki zamanda müharibələrin əsas çətinliyi dezinformasiyadır. Və hər iki tərəfdən müsahibə ala bilmirsə, məlumatı yoxlamaq imkanı məhdudlaşdırılıbsa, jurnalistin işi qat-qat çətinləşir. 

Şahida Tulaqaova deyir ki, İkinci Qarabağ müharibəsi və indi Ukraynada gedən müharibə arasında oxşar cəhət də elə budur. 

“Jurnalist Ukraynadadırsa, ancaq Ukrayna tərəfinin mövqeyini verə bilir, çünki orada olanları görə bilirlər. Rusiya tərəfdə akkreditasiya qat-qat çətindir. Rusiya rəsmilərindən müsahibə almaq da çox çətindir. İkinci Qarabağ müharibəsində də belə idi. Əsasən jurnalist heyəti Ermənistanın nəzarəti altında olan hissədə idi, bir qrup isə Azərbaycandan yayım verirdi. Amma heç birinin hər iki tərəfi görmək, eşitmək  imkanı yox idi və bu da mənzərəni balanssız, birtərəfli işıqlandırmağa xidmət edirdi.

Azərbaycan niyə ehtiyat edirdi?

Azərbaycan rəsmiləri müharibənin ilk günlərində olmasa da, sonradan bəzi KİV-lərin raket atılan şəhərlərdə, qaynar nöqtələrə yaxın ərazilərdə işləməsinə bəzi məhdudiyyətlərlə imkan yaratsa da, beynəlxalq media təmsilçiləri hazırladıqları materiallarda rəsmi şəxslərin onların hər addımını izləməsindən, işlərinə müdaxilələrdən narazılıqlarını ifadə etmişdilər.  

S.Kazımovsa Azərbaycanın müharibədə tutduğu mövqeni beynəlxalq medianın məsələlərə etinasız yanaşacağından ehtiyat etməsi ilə izah edir. 

Seymur Kazımov - Sosial Media

“Azərbaycan hökumətinin beynəlxalq təşkilat və medialarla həmişə problemi olub. Bizim dövlətin tənqiddən xoşu gəlmir. Sanki “siz bizi tənqid etmişdiz, indi də biz sizə imkan yaratmırıq” görüntüsü yaranmışdı. Müharibə dövründə ən önəmli məsələ müharibənin özüdür. Təəssüflər olsun ki, beynəlxalq media oktyabrın 15-dən sonra ölkəyə buraxıldı. İnformasiya müharibəsində özümüzü yetərincə göstərə bilmədik. Beynəlxalq media tənqid etsə belə onlarla işləmək lazımdır. Onlar dünya siyasəti və gündəminin diqqətindədirlər”,- S.Kazımov vurğulayır. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın iqtisadiyyat naziri vəzifəsindən azad olunub 

8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
Siyasət

İlham Əliyev Ermənistanla verilmiş birgə bəyanatdan danışıb

Toplum TV
8 Dekabr 2023

President.az

Dekabrın 8-də Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Toplum TV xəbər verir ki, görüşdə bir sıra məsələlərə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə toxunulub.  Buriç xüsusilə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı alqışladıqlarını bildirib, Avropa Şurasının iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazır olduğunu vurğulayıb. https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp Öz növbəsində İlham Əliyev qeyd edib ki, sözügedən birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident həmçinin vurğulayıb ki, Avropa Şurası da iki ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo