Siyasət

Müharibədəki məğlubiyyətə görə Arutunyan məhkəmə önünə çıxarıla bilər

28 Sentyabr, 2021
313

Rəsmi səhifə

Cinayət işində araşdırılan məsələlərdən biri də Azərbaycan və Ermənistan rəhbərləri arasında Qarabağdakı ərazilərin güzəştə gedilməsi üçün bir neçə milyard dollarlıq sövdələşmə iddialarıdır.

"Sputnik Ermənistan"nın verdiyi məlumata görə, Ermənistan prokurorluğu II Qarabağ müharibəsindəki məğlubiyyətə görə 800 şəxsə ittiham irəli sürüb. Məsələ ilə əlaqədar Ermənistan İstintaq Komitəsinin Baş hərbi-təhqiqat şöbəsində, Milli Təhlükəsizlik Xidmətinin Təhqiqat Departamentində, həmçinin Xüsusi Təhqiqat Xidmətində Cinayət Məcəlləsinin müvafiq madələri ilə cinayət işi açılıb. 

Burada əsasən çağırış və hərbi hissələrin formalaşdırılması zamanı pozuntular, fərarilik, Dağlıq Qarabağdan Ermənistana qanunsuz silah-sursatın daşınması, çağırışdan yayınma, əmrlərin yerinə yetirilməməsi, hərbi növbətçilik qaydalarının pozulması və digər hallar araşdırılır.

Həmçinin bölmələrin cənub istiqamətindəki hərəkətlərinin idarəçiliyi və Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan sərhədlərinə, Qarabağın mərkəzinə və Şuşa şəhərinə hücumuyla ilə bağlı epizodlar araşdırılır. 

Məlumata görə, araşdırılan məsələlərdən biri də Azərbaycan və Ermənistan rəhbərləri arasında Qarabağdakı ərazilərin güzəştə gedilməsi üçün bir neçə milyard dollarlıq sövdələşməyə dair danışıqların aparılması iddialarıdır. Qarabağın cənubunda və Şuşa istiqamətindəki hadisələrlə bağlı cinayət işində seperatçıların lideri Araik Arutunyanın və onun köməkçilərinin də adı keçir. 
 

Siyasət

Müxalifət  "Pandora sənədləri" ilə bağlı Baş Prokurorluğa müraciət etdi

18 Oktyabr 2021

Turan

Demokratik Qüvvələrin Milli Şurasının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərləri Cəmil Həsənli və Əli Kərimli  "Pandora sənədləri" beynəlxalq jurnalist araşdırması ilə bağlı ölkənin baş prokuroru Kamran Əliyevə müraciət ediblər. "Turan"ın məlumatına əsasən, müxalifət təmsilçiləri Baş Prokurorluqdan hərtərəfli və obyektiv araşdırma tələb edir. "Pandora sənədləri"nə əsasən, Azərbaycan Prezidentinin ailəsi Böyük Britaniyada 429 milyon funt-sterlinq (694 milyon dollar) dəyərində daşınmaz əmlak alıb. Cəmil Həsənli və Əli Kərimli xatırladırlar ki, əvvəllər də Azərbaycanın yüksək vəzifəli məmurlarının adları "pulların yuyulması", vəsaitlərin offşorlara köçürülməsi ilə bağlı beynəlxalq qalmaqallarda adları keçib. 2017 - ci ildə Demokratik Qüvvələrin Milli Şurası digər qalmaqallı araşdırma - "Azərbaycan landromatı" ilə...
Siyasət

Azərbaycanlılar daha bir ölkəyə vizasız səfər edə biləcək

18 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Oktyabrın 18-də “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş” imzalanıb. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin əbdülrəhman əl-Tani ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verilib. Sənədi Azərbaycan və Qətərin Xarici İşlər nazirliklərinin rəhbərləri imzalayıblar. 
Seçilmiş Videolar