Siyasət

"Müsavat" başqanının müşaviri saxlanılıb

27 İyul, 2022
147

Sosial Media

"Müsavat" Partiyası başqanının müşaviri Əlikram Xurşudov həbs edilib. 

Bu barədə partiyadan məlumat verilib. 

Ə. Xurşudov barəsində polisə müqavimət ittihamıyla 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb.

"Müsavat" başqanı Arif Hacılı məlumat verib ki, Ə. Xurşudovu iyulun 25-dən polislər axtarırdılar:

Xurşudov Tofiq Yaqublunun təşkilatçılığıyla iyulun 20-də Nazirlər Kabinetinin qarşısında keçirilən “Quru sərhədləri açın!” aksiyasında iştirak edib. O, həmin aksiyada saxlansa da, sonradan sərbəst buraxılmışdı.

https://toplum.tv/mehkeme/mtn-isinde-zerercekmisler-hakime-movlam-sixeliyeve-muellim-demeyiniz-cixaracaginiz-hokmu-indiden-belli-edir

“Demokratik islahatlar apardığını bəyan edən hakimiyyət, əksinə, repressiya tədbirlərini daha da artırır. Bununla da əsl avtoritar simasını göstərməkdə davam edir”, - deyə Arif Hacılı "Meydan TV"-yə açıqlamasında bildirib. 

“Quru sərhədləri açın!” şüarıyla keçirilən etiraz aksiyasında saxlanılan başqa bir müsavatçı fəal Əziz Məmiyevə də 30 sutka inzibati həbs cəzası verilib.

Siyasət

İsrailin Azərbaycandakı səfiri İran barədə: Bu qatil rejimin hədələrini ciddi qəbul edin

16 Avqust 2022

Sosial mediadan skrinşot

İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün, avqustun 16-da "tvitter"də britaniyalı yazıçı Salman Rüşdinin bıçaqlanmasıyla bağlı video müraciət yayıb.  Corc Dik müraciətində deyib:  "İranın Azərbaycandakı səfiri yaxınlarda məni ölümlə təhdid etdi. O, "tvitter"də yazdı ki, mən qırmızı xətti keçmişəm, ona görə də İran xalqı məni dəfn edəcək. İndi siz Salman Rüşdinin bıçaqlandığını eşidərkən mənim nə düşündüyümü təsəvvür edə bilərsiniz. Çünki İran həm də demişdi ki, o, [Salman Rüşdi] qırmızı xətti keçib və onu da ölümlə hədələmişdi. Və terrorçu onu günün günorta çağl öldürməyə cəhd etdi. Ona görə də indi siz mənim müəyyən qədər şəxsi hisslərimi təsəvvür edə bilərsiniz.  https://toplum.tv/siyaset/iranin-azerbaycandaki-sefiri-israilli-hemkarini-tehdid-etdi Həftələr...
Siyasət

Qarabağ Azadlıq Təşkilatı adını dəyişir, partiyaya çevrilir

16 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Qarabağ Azadlıq Təşkilatı adını dəyişib Azad Vətən Partiyasına çevriləcək.  Bunu təşkilatın sədri Akif Nağı avqustun 16-da APA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, qanunvericilik təşkilatın yenidən təşkilinə icazə verir. Bununla əlaqədar Təşkilat Komitəsi yaradılıb, sabah qurultay keçiriləcək. Qurultayda Qarabağ Azadlıq Təşkilatının Azad Vətən Partiyasına çevrilməsi barədə qərar qəbul ediləcək. Partiya sədrliyinə namizəd Akif Nağıdır. "Qarabağ Azadlıq Təşkilatı" - 1993-cü ildə yaradılıb.  Təşkilatın ilk adı Qarabağ Azadlıq Hərəkatı olub, 2000- ci il yanvarın 28-də keçirilən qurultayda adın indiki forması - Qarabağ Azadlıq Təşkilatı qəbul olunub. 

Seçilmiş Videolar

Toplum TV loqo