Sosial Media
Müsavat Partiyasının üzvü Nizaməli Süleymanov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi - red.) üzrə təqsirli bilinərək aprelin 5-də inzibati qaydada 20 sutka həbs olunub.
Bu barədə aprelin 6-da Müsavat Partiyasının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, N.Süleymanov narkotik istifadəçisi deyil və öz siyasi fəaliyyətinə görə həbs olunub: "Nizami bəyin özünün bizə verdiyi məlumata görə, onu müxtəlif üsullarla təhdid edib partiyadab çıxmağını tələb edirdilər və çıxmadığı üçün cəzalandırırlar".
Mətbuat xidməti onu da qeyd edib ki, N.Süleymanov son dövrlərdə ciddi təzyiqlərə məruz qalıb: "Bu gün isə o, Suraxanı Rayon 30-cu polis bölməsinə çağırılıb, ondan yenə partiyadan istefa verməyə tələb olunub. O isə öz növbəsində polisin siyasətə qarışmasını kobud müdaxiləsi kimi qiymətləndirilib. Sonra isə Nizami bəy məhkəməyə aparılıb və həbs olunub".
N.Süleymanovla bir yerdə onun qardaşı oğlu Akif Süleymanovun da 20 sutka həbs cəzası aldığı bildirilir.
Müsavat Divanı polisin siyasətə müdaxiləsinə və müxalifət fəallarına qarşı təzyiqlərə son qoyulmasını tələb edib.
Açıq mənbələrdən götürülüb
Şahid: Almaniyaya getmək üçün mənə AXCP üzvü olmağım barədə saxta arayış verdi
Açıq mənbələrdən götürülüb
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb