sosial mediadan screenshot
Aprelin 5-də Müsavat Partiyasının üzvü Əziz Məmiyev Daxili İşlər Nazirliyinin (DİN) binası önündə etiraz aksiyası keçirib.
Müsavat üzvünün sözlərinə gör «Facebook»dan ona saxta profillərlə yazıb təqib və təhdid edirlər. “Bir müddət əvvəl xarici nömrələr vasitəsilə, gizli nömrələr ilə zəng edib ən əxlaqsız küçə söyüşləri ilə özümü, ailə üzvlərimi söyüb, təhqir edirdilər", - Əziz Məmiyev bildirir.
Müsavatçı qeyd edib ki, Daxili İşlər Nazirliyinə müraciətlər etsə də, tədbir görülməyib.
O, intim görüntülərinin yayılması ilə təhdid edildiyini də vurğulayır.
Aksiya zamanı Ə.Məmiyevi polis tərəfindən saxlanılıb. DİN-dən "Turan"a bildirilib ki, ictimaiyyətə məlumat veriləcək.
Mənbə: Azadlıq Radiosu
AMEA
Toplum Tv
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”