Sosial Media
“Müsəlman Birliyi” Hərəkatının üzvü Razi Hümbətov təşkilatın sədri Taleh Bağırzadənin “Şəhadət aclığı” aksiyasına dəstək olmaq üçün dörd gündür ki, aclıq edir.
O, aclığa başlamazdan öncə saxlanıldığı təcridxananın rəisinə yazılı müraciət edib.
Razi Hümbətovun qardaşı Ramin Hümbətov Toplum TV-yə açıqlamasında deyib ki, qardaşı ilk gündən sudan da imtina edib:
“Dünən mən onunla görüşdüm. Halsız və üzü solğun idi. Hərarəti olmasa da, gözləri qızarmışdı. Gözlərinin ağı görünmürdü. Başında dəhşətli ağrı olduğunu da söylədi. Mən danışanda onu hələ ümumi kameradan çıxarmamışdılar. İlk gündən sudan da imtina edib. İnsan susuz nə qədər yaşaya bilər ki?”
Ramin Hümbətov qardaşının əvvəldən aclıq aksiyası keçirmək niyyətində olduğunu söyləyir: “Onlara haqsız yerə cəza verilib. Həm buna görə, həm də Allahın təhqir olunmasına görə, aclıq aksiyası elan etdi. Sübut olmadan ona 6 il cəza verilib. Artıq 1 ildir ki, həbsdədir. Əvvəl də biz onu fikrindən yayındırmağa çalışırdıq ki, aclığa başlasan, nə olacaq? Dünən də danışanda dedi ki, ya mən buradan ölümlə çıxacam, ya da bəraət veriləcək”.
2022-ci il 28 may tarixində Bakı Ağır Cinayətlər məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Razi Hümbətov 6 il azadlıqdan mərhum edilib. O, Cinayət Məcəlləsinin 234.3.4 (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunub.
“Müsəlman Birliyi” Hərəkatının lideri, həbsdə olan Taleh Bağırzadə iyunun 3-dən aclıq aksiyasına başlayıb. Hərəkatın digər üzvləri və dindarlar onunla həmrəylik əlaməti olaraq aksiyaya qoşulublar. Onlar polisin işgəncə tətbiq etdiyini və hüquq-mühafizə orqanları əməkdaşlarının Allaha küfür etdiyini deyərək etiraz edirlər.
Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binası yaxınlığında saxlanılan iki dindar mayın 23-də mətbuat konfransında təhlükəsizlik qüvvələrinin işgəncələri və Allahı təhqir etdikləri barədə danışıblar.
Məlumata görə, Bağırzadə ilə yanaşı, təşkilatın üzvləri Abbas Hüseyn, Cahad Babakişizadə, Seyfəddin Şirvanov, Gəncə işi üzrə mühakimə olunmuş Firudin Zeynalov və jurnalist Polad Aslanov aclığı davam etdirirlər.
Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov "bəzi sosial şəbəkə istifadəçilərinin guya polisin dinimizi təhqir etməsi barədə iddialarını" təkzib edib.
O, həmin "böhtan" məlumatları polisin nüfuzdan salınmasına yönələn şayiələr adlandırıb.
Zahidovun sözlərinə görə, Azərbaycan polisi bütün dinlərə, o cümlədən "mənsub olduğu müqəddəs dinə" hörmətlə yanaşır.
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?