Razi Hümbətov - sosial media
Bu gün, mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətova hökm oxunub.
Azadlıq Radiosunun məlumatına görə, hərəkatın üzvü 6 il azadlıqdan məhrum edilib.
R.Hümbətov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə günahkar sayılıb.
Atası məhkəmə qərarını qərəzli adlandırıb və qeyd edib ki, R.Hümbətovun qonşuları, digər şəxslər Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə onlarla məktub yazaraq onun bu işdə günahsız olduğunu və narkomaniya ilə mübarizə apardığını bildiriblər.
Xəbərdə o da bildirilir ki, məhkəmə prosesinə gələnlərdən Ağaəli Yahyayev, Süleyman Ələkbərov və daha bir neçə şəxsin saxlanılıb.
R.Hümbətov ötən il iyulunda saxlanıb. MBH R.Hümbətovun həbsini sosial şəbəkələrdəki tənqidi paylaşımları ilə əlaqələndirib. Həbsindən bir neçə gün əvvəl o, “Facebook hesabından paylaşımında "İlham Əliyev, xalq səni sevmir" yazıb.
“Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın bir sıra fəalları həbsdədir.
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?