Siyasət

Müstəqil jurnalistlər “Media Haqqında” Qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasını istəyir

5 İyul, 2021
117

Sosial Media

Müstəqil jurnalistlər və Azərbaycanda hazırlanan yeni “Media Haqqında” Qanun layihəsinin ictimai müzakirəyə çıxarılması tələbi ilə bəyanat yayıb. 

Bəyanat deyilir:

"Kütləvi informasiya vasitələri haqqında" Qanunun yerinə “Media haqqında” Qanun layihəsinin hazırlanması barədə fərmandan, 12 yanvar 2021-ci ildən bəri keçən müddət ərzində layihə ilə bağlı heç bir açıq müzakirə aparılmayıb. Yeni hazırlanan “Media Haqqında” Qanun həm bütün media subyektlərini, həm çap həm də online media resurslarını əhatə etsə də qanun layihəsinin detalları bu günə qədər açıqlanmır.

Azərbaycanda söz və mətbuat azadlığına qarşı bu günə qədər atılan addımları nərəzə alsaq, hazırlanan yeni qanun layihəsinin də medianın inkişafına yox, jurnalistikanın və mediaların fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini deyə bilərik.

Mütəmadi olaraq jurnalistlərin təqibə məruz qalması, saytların bloklanması, jurnalistlərin ölkədən çıxışına qadağaların qoyulması, həbsə atılmaqları ölkədə media mühitinin nə qədər təzyiq altında olduğunu göstərir.
Beynəlxalq təşkilatların hesabatlarında media azadlığına görə ilbəil geriyə getməsi də Azərbaycanda medianın nə qədər basqı altında olduğunun sübutudur.

Bu bəyanata imza atanlar Azərbaycanda hazırlanan və indiyə qədər heç vaxt mətni açıqlanmayan “Media Haqqında” Qanun layihəsinin həm jurnalistlərə, həm də vətəndaş cəmiyyəti nümayəndələrinə təqdim edilməsini tələb edir.

1. Nurlan Qəhrəmanlı
2. Əsli Qəhrəmanlı
3. Aynur Elgünəş
4. Mehman Əliyev
5. Dilarə Miriyeva
6. Zəhra Kələndərova
7. Əvəz Hafizli
8. Teymur Kərimov
9. Fərid İmran
10. Elməddin Şamilzadə
11. Əminə Məmmədova
12. Ülvi Həsənli
13. Fatimə Kərimova
14. Cavid Abdullayev
15. Natiq Cavadlı
16. Fatimə Mövlamlı
17. Sabina Abubekirova
18. Xanım Mustafayeva
19. İzolda Ağayeva
20. Nərgiz Absalamova
21.Elnarə Qasımova
22. Zərifə Novruz
23. Ülviyyə Əli
24. Təzəxan Mirələmli
25. Şəmşad Ağa
 

Siyasət

Azərbaycan Rusiyaya nota verdi

1 Avqust 2021

Sosial Media

Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etirazımız müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb. Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz...
Siyasət

Naxçıvan sərhəddində atışma olub

1 Avqust 2021

Açıq mənbələrdən götürülüb

Avqustun 1-də saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. Bilfirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub (“Report").
Seçilmiş Videolar