Natiq Cəfərli: “Hakimiyyət ReAl-ın MSK-da təmsilçiliyinə mane oldu”
Sosial Media
“İctimaiyyətin və müxalif cameənin seçki prosesində baş verə biləcək qanun pozuntularından xəbərdar olmasının qarşısını almaq üçün hakimiyyət ReAl-ın MSK-da təmsilçiliyinə mane oldu”.
Bunu “Toplum TV”-yə ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli deyib.
Milli Məclisin aprelin 27-də keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra Milli Məclis tərəfindən MSK-nın tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsi qəbul edilib. Eyni zamanda, parlamentdə azlıq təşkil edən siyasi partiyaların Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədlərinin siyahısı təsdiqlənib.
ReAl Partiyasının namizədi Mətin Rəhimlinin adı isə siyahıda qeyd olunmayıb.
Natiq Cəfərli deyir ki, Azərbaycan hakimiyyəti MKS-da ciddi dəyişikliklərin baş verməsində maraqlı deyil: ”Bu addımla sonrakı dövrdə keçiriləcək seçkilərə bəri başdan kölgə salınır. Çünki Milli Məclisdə yeganə müstəqil və müxalif qüvvə kimi təmsil olunan bir partiyanın nümayəndəsinin MSK-da təmsil olunmasının qarşısını kəsmək, obrazlı desək, “MSK-nın mətbəxi”ndə baş verə biləcək proseslərdən ictimaiyyəti, o cümlədən ReAl Partiyasını xəbərsiz qoymaq məqsədi daşıyır. Bunun başqa izahı yoxdur. MSK-da baş verə biləcək hansısa proseslərdə bizim nümayəndəmizin hüququn və qanunların yanında olacağı ehtimalı bu addımın atılmasında əsas rol oynadı”.
“Bu məsələ ilə bağlı hüquqi çərçivədə addımlarımız və siyasi tələblərimiz olacaq. Ümumiyyətlə, Azərbaycanın əsas gündəminin seçki olması ilə bağlı bundan sonrakı dövrdə də ardıcıl addımlar atacağıq”, - Natiq Cəfərli vurğulayıb.
Razi Hümbətov - sosial media
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır