Siyasət

Navalnı məsələsində  Azərbaycan niyə Rusiyanın yanında oldu?

Nigar Səmədli
23 Aprel, 2021
126

NBC News

“10 noyabr bəyannaməsindən sonra həm daxili, həm də xarici siyasətində Azərbaycan Rusiyadan asılı vəziyyətdədir. Hər hansı addım atmadan öncə dönüb Rusiyaya baxmaq məcburiyyətindədir”.

Bunu “Toplum TV”-yə politoloq Azər Qasımlı deyib.

Azər Qasımlı - Sosial media

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında (22 aprel) rusiyalı müxalifətçi Aleksey Navalnının həbsi ilə bağlı qətnamə layihəsi səsə qoyulub.

Aprelin 22-də qurum "Aleksey Navalnının saxlanılması və həbsi" adlı sənəddə Rusiyanı məhkəmənin qərarını icra etməyə və onu azadlığa buraxmağa çağırıb.
Qətnamənin əleyhinə yalnız Rusiya, Azərbaycan və Ermənistan səs verib və 105 səs lehinə, 26 səs əleyhinə, 11 səs isə bitərəf olmaqla, qətnamə qəbul edilib.
Sənəddə bildirilir ki, Navalnıya lazımi tibbi yardım göstərilməli, İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin onun saxlanıldığı yeri ziyarət edə bilməsi üçün şərait yaradılmalı, həmçinin hüquqlarına tam hörmət edilməlidir.

"Rusiya Qarabağ məsələsində açar ölkədir”

Azər Qasımlı deyir ki, Rusiya Azərbaycan və Ermənitanı özündən asılı vəziyyətə salıb, onların beynəlxalq müstəvidə də müstəqil siyasətinə müdaxilə edir: “Bu məsələdə, əslində, hər şey çox açıqdır. Əgər Belarus da AŞPA-nın üzvü olsaydı, təbii ki, o da bu qətnamənin əleyhinə səs verəcəkdi. Çünki Belarus, eyni zamanda, Azərbaycanın elitaları Rusiyaya bağlıdır. Bu səbəbdən Rusiyanın əleyhinə çıxa bilməzlər. Onlar istənilən platformada, o cümlədən AŞPA-da bir-birlərinə dəstək vermək məcburiyyətindədirlər. Azərbaycanla Ermənistanı isə bu məsələdə birləşdirən Qarabağ problemidir. Onların hər ikisi Qarabağ məsələsinə görə, Rusiyadan asılı vəziyyətdədirlər. Ermənistanın bu cür davranmasının səbəbi odur ki, Rusiyanın orada hərbi bazası yerləşdirilib, ölkənin iqtisadiyyatı bilavasitə Rusiyanın əlindədir və hazırda Qarabağ məsələsində də açar ölkədir”.

Politoloqun sözlərinə görə, üçtərəfli 10 noyabr bənayatı bu asılılığı daha da gücləndirib: “Qarabağ Azərbaycanın ərazisi olsa da, ona nəzarəti Rusiya “sülhməramlıları” edir. Bu səbəbdən də Azərbaycan həm daxili, həm də xarici siyasətində istədiyi kimi davrana bilmir. Hər hansı addım atmadan öncə dönüb Rusiyaya baxmaq məcburiyyətindədir. Ona görə də həm Navalnı məsələsində, həm də Belarus və Ukrayna hadisələrində azərbaycanlı deputatlar belə davranırlar”.

Elxan Şahinoğlu: "Azərbaycanla Ermənistan Rusiyanı qıcıqlandırmaq istəmir"

Elxan Şahinoğlu - Sosial media

Politoloq Elxan Şahinoğlu da hesab edir ki, Azərbaycanla Ermənistan Rusiya ilə münasibətlərini gərginləşdirmək istəmir, ona görə də AŞPA-da səsvermə zamanı belə mövqe sərgilənib: “Nə Azərbaycan, nə də Ermənistan Rusiyanı qıcıqlandırmaq istəyir. Azərbaycanı təmsil edən deputatlar Navalnının azad olunmasına yekdil səs versəydilər, bu, Rusiyada qıcıq yaradardı. Azərbaycanla Rusiya arasındakı münasibətlərdə onsuz da kifayət qədər gərginlik var. Digər tərəfdən Qarabağ mövzusu ilə bağlı bir çox sualların cavabı yoxdur. Bu məsələ də əlavə olunsaydı, problemlər dərinləşəcəkdi. Ona görə də Ermənistan və Azərbaycanın nümayəndə heyəti Rusiyanın istəyinə uyğun olaraq, qətnamənin əleyhinə səs verib”.

Türkiyə nümayəndə heyətində isə iqtidarı təmsil edən millət vəkilləri bitərəf qalıb, müxalifət partiyaları isə qətnamənin (CHP, İYİ, HDP) lehinə səs veriblər.
Rusiya prezidenti Vladimir Putinin sərt tənqidçisi kimi tanınan Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.

2021-ci ilin fevralında Federal Penitensiar Xidmət siyasətçinin qanunu pozduğunu əsas gətirərək şərti cəzanı məhkumluqla əvəzləyib.
 

Siyasət

Diaspor Komitəsi Gürcüstan azərbaycanlılarına çağırış etdi

17 May 2021

Sosial Media

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanın Dmanisi şəhərindəki hadisələrlə əlaqədar olaraq bu ölkədə yaşayan azərbaycanlılara çağırış edib. Komitədən mayın 17-də verilən məlumatda bildirilir:  "Mayın 16-da saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb, insident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq-mühafizə orqanlarıtərəfindən saxlanılıb. Dövlət Komitəsi insidentdən dərhal sonra hadisəyə reaksiya verərək, soydaşlarımızla əlaqə saxlayıb. Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi...
Siyasət

Ermənistan-Azərbaycan sərhədində nə baş verir?

Nigar Səmədli
17 May 2021

Sosial Media

Hərbi ekspert: “Azərbaycan Zəngəzurda əvvəlki xəritəyə əsasən irəliləyib” “Qaragöl ərazisi ilə bağlı 1960 və 1980-ci illərdə qərar qəbul olunan qərara görə, buradakı göl susuzluq səbəbilə Ermənistana verilib. Düşünürəm ki, Azərbaycan ordusu bu qərar verilmədən öncəki xəritəyə əsasən, irəliləyib”. Bunu “Toplum TV”-yə hərbi ekspert Telman Əbilov deyib.  Ermənistan Müdafiə Nazirliyinin mayın 16-da yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hələ də Ermənistan-Azərbaycan sərhədindəki Syunik və Geqarkunik bölgələrindədir.  Eyni zamanda bildirilir ki, mayın 15-də Azərbaycan tərəfi həmin ərazidə mühəndis işləri keçirməyə çalışsa da, qarşısı alınıb. Ermənistan tərəfi mayın 12-də 240-250 nəfərlik Azərbaycan hərbçilərinin sərhədi pozaraq Syunik bölgəsinə 3,5 km irəlilədiyini, daha sonra...
Seçilmiş Videolar