Siyasət

Naxçıvanın sabiq daxili işlər naziri həbs edildi

9 Mart, 2021
630

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən martın 9-da verilən məlumata görə,  Ə.Əhmədov prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.

Onun nədə ittiham olunması barədə hələlik açıqlama verilməyib.

Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb (''Report '').

Siyasət

REAL seçkilərlə bağlı İlham Əliyevə müraciət edib 

29 İyun 2022
Respublikaçı Alternativ Partiyası (ReAl) Milli Məclisdə boş qalan 7 dairə ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib. Müraciətdə 7 dairədə yaşayan 384 min 545 seçicinin uzun müddətdir ki, Milli Məclisdə təmsilçisiz qaldığı xatırlanıb. Qeyd edilib ki, onlardan 186 min 312 nəfəri Konstitusiyada nəzərdə tutulan 5 illik dövrün yarısı qədər parlament təmsilçiliyindən məhrumdurlar: "Yarandığı vaxtdan parlamentarizm dövlətin vergi siyasətinə birbaşa bağlı olub. Bu baxımdan toplanan vergilərə Milli Məclisin sərəncam verməsində öz təmsilçiləri vasitəsilə iştirakı vətəndaşların haqqı və istəyidir". REAL Partiyası boş qalan dairələrin ikisində yaşayan 1651 seçicidən bu istəkləri barədə imza topladığını vurğulayıb. Müraciətdə 33 saylı Xətai, 35 saylı Xətai,...
Siyasət

Altı erməni hərbçi casusluğa görə həbs olunub
 

29 İyun 2022

Sosial media

Son iki gündə Ermənistanda bir hərbçi, Qarabağda isə beş separatçı döyüşçü dövlətə xəyanətə görə həbs olunub. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına istinadən Turan İnformasiya Agentliyi xəbər verir ki, həbs edilmiş hərbi qulluqçu obyekt, hərbi texnika, təlim keçirən kəşfiyyat bölmələrin sayı, silahlanması barədə məlumat və fotoşəkilləri xarici kəşfiyyata ötürüb. Məlumatda hərbi qulluqçunun "Odnoklassniki" sosial şəbəkəsi vasitəsilə ələ alındığı və 4800 ABŞ dolları müqabilində xarici kəşfiyyata işləməyə razılıq verdiyi bildirilib. Məlumatların “Whatsapp” vasitəsilə ötürüldüyü iddia edilir. Öz növbəsində, bu gün Qarabağ separatçılarının Təhlükəsizlik Xidməti də Azərbaycana işləyən agentlər şəbəkəsinin həbs edildiyini bildirib. Onların hamısı Qarabağ separatçılarının hərbi qüvvələrinin qulluqçularıdır. Bu şəxslərin “Feysbuk”...

Seçilmiş Videolar

Toplum TV loqo