Açıq mənbələrdən götürülüb
Hakim Polad Həsənovun sədrliyilə Naxçıvan Hərbi Məhkəməsi Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri Əhməd Əhmədovun barəsində 11 həbs hökmü çıxarıb.
Məlumatı iyunun 18-də Naxçıvan Hərbi Məhkəməsindən "Turan" agentliyinə təsdiq ediblər.
Bu il martın əvvəlində Əhməd Əhmədovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O 2000-2017-ci illərdə daxili işlər naziri olub.
Keçmiş nazir Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham elan edilib.
Hərbi Məhkəmədən bildiriblər ki, Əhməd Əhmədov Naxçıvan Hərbi Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
Əhməd Əhmədovun nümayəndələri məhkəmənin hökmünə hələ münasibət bildirməyiblər.
Sosial media
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Rasim Balayev AKİ-yə sədr seçildi
Bakıda sorğu: "Azərbaycanda uşaqlar xoşbəxtdirmi?"