Siyasət

Nazir açıqlama verdi – Tofiq Yaqublunu kim döyüb?

Şəhla Kərim
14 Dekabr, 2021
1266

Sosial Media

Dekabrın 13-də daxili işlər naziri Vilayət Eyvazov “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmtəsisçiləri Rüfət Səfərov, Zəfər Əhmədov, Zaur Əkbər və Əlayif Həsənov ilə görüşüb.

Görüşdə, həmçinin nazir müavini İsmət Əliyev, Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Vüqar Ələkbərov və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov da iştirak edib.

Bu gün, dekabrın 14-də isə “Müdafiə Xətti”-nin görüşdə müzakirə olunan məsələlərə həsr olunmuş mətbuat konfransı keçirilib. Məlumata görə, görüşdə polis-vətəndaş münasibətləri, ölkədə insan hüquqlarının vəziyyəti, polisin kütləvi askiyalarda aksiya iştirakçılarına, jurnalistlərə, hüquq müdafiəçilərinə qarşı davranışları müzakirə mövzusu olub.

DİN rəhbərliyi ilə Müdafiə Xətti”-nin həmtəsisçiləri arasında keçirilən görüşdə 1 dekabr aksiyasında fiziki zorakılığa məruz qalmış Tofiq Yaqublunun məsələsinə də diqqət yetirilib. “Müdafiə Xətti”-nin icraçı direktoru Rüfət Səfərov bildirib ki, Tofiq Yaqublunun döyülməsində məsuliyyət payı birbaşa polis orqanlarına aiddir:

“Vilayət Eyvazov rəsmən elan etdi ki, Tofiq Yaqublu, ola bilər ki, aksiya zamanı saxlanılarkən müəyyən xəsarətlər alıb, amma Tofiq Yaqublunun üz nahiyəsindəki xəsarətlərin polisə heç bir aidiyyatı yoxdur. Bu, bizə inandırıcı gəlmir. Biz sual veririk? Tofiq Yaqublu bir neçə polis əməkdaşı tərəfindən götürülür və bir neçə saatdan sonra bəlli olur ki, adamı şəhərdən 60-70 km aralıda düşürüblər və adama belə formada xəsarət yetiriblər. Amma prokurorluq orqanları hələ də fakta görə cinayət işi açmayıblar”.

“Müdafiə Xətti”-nin konfransından - Toplum TV

Bunlarla yanaşı, nazirlə görüşdə hazırda aclıq aksiyası edən AXCP fəalı Saleh Rüstəmovun məsələsi də müzakirə olunub.

Rüfət Səfərov qeyd edib ki, görüşdə Vilayət Eyvazov Saleh Rüstəmovla bağlı səlahiyyətinin olmadığını bildirib. Lakin əfv komissiyasının üzvü olduğuna görə, Saleh Rüstəmov əfv sərəncamı yazarsa, məsələyə baxa biləcəyini deyib.

“Əfv nə deməkdir – “Mən cinayəti etmişəm və bunu etiraf edirəm. Dövlət başçısı siz də müstəsna səlahiyyətinizdən istifadə edib məni azad edin”. Saleh Rüstəmov isə ona qarşı irəli sürülən təqsirləndirmələri rədd edir və 38 gündür ona görə aclıq edir ki, Azərbaycan konstitusiyası və Avropa Konvensiya tərəfindən müəyyən edilmiş azadlıq hüququ tanınsın”, - R. Səfərov qeyd edib.

O bildirib ki, görüşdə, həmçinin, onlarla hərbiçinin və mülki şəxsin dövlətə xəyanətdə ittiham olunduğu "Tərtər hadisələri" və Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı, Gəncədə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş Şahin Hacıyevin məsələsinə də toxunulub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun 2023

Rəsmi səhifə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür". Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib". https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp...
Siyasət

Rəsmi Bakı Makronun bəyanatından narazı qalıb

2 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanata cavab olaraq deyib. Onun sözlərinə görə, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo