Açıq mənbələrdən götürülüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qurumun baş katibi Antonio Quterreş ilə görüşüb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar, regiondakı son vəziyyəti müzakirə ediblər.
Nazir BMT baş katibinə Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında normallaşdırılması imkanlarının yarandığı, habelə işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, Ermənistanın törətdiyi geniş miqyaslı dağıntılar, mina təhlükəsi barədə məlumat verib.
XİN bildirir ki, C.Bayramov Ermənistanın hələ birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4 000-ə yaxın azərbaycanlı barədə bu günədək məlumat verməkdən imtina etdiyini də qeyd edib.
Baş katib Antonio Quterreşin Ermənistan-Azərbaycan münaqişəsinin humanitar fəsadlarının aradan qaldırılması və regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyindən danışdığı deyilir.
Görüşdə tərəflərin BMT-nin gündəliyində duran məsələlər barəsində fikir mübadiləsi apardıqları da vurğulanır.
Toplum Tv
Reuters
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”