Siyasət

Nazir: "Hərbi əsirlərin Ermənistana təhvil verilməsi məsələsi artıq bağlanıb"

8 Aprel, 2021
55

Sosial media

"Hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb. Öhdəliklərinə uyğun olaraq, Azərbaycan bütün hərbi əsirləri Ermənistana təhvil verib”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymin ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz bu məsələdə necə məsuliyyətli olduğumuzu sübut etdik. Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təhvil verib”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, üçtərəfli bəyanata uyğun olaraq döyüş əməliyyatları zamanı götürülmüş bütün hərbi əsirlər Ermənistan tərəfinə təhvil verilib: “Hərbçilər hərbi əməliyyatlar zamanı tutulanda əsir hesab edilir. Sonradan antiterror əməliyyatı nəticəsində tutulanlara əsir deyil, terrorçu deyilməlidir. Üçtərəfli razılaşmanın bütün tərəfləri öz öhdəliklərinə ciddi şəkildə əməl etməlidir. Sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan qoşunlarını Azərbaycan ərazilərinə göndərməyə cəhd edir”.

(Report)

Siyasət

Konfliktoloq: "Rusiya diversantlarla bağlı Azərbaycana təzyiq etmir"

Aytac Məmmədli
9 Aprel 2021

Sosial media

"Azərbaycan hərbi əsirlərin hamısını qaytarıb". Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev "Toplum TV"-yə deyib. Aprelin 8-də xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb. Ermənistan mətbuatı isə ötən gün yazıb ki, Azərbaycanda saxlanılan erməni hərbçilərinin bir qrupu Rusiyanın vasitəçiliyilə qaytarılır. Hətta erməni yaxınları da hava limanında gözləyiblər. Təyyarə Yerevanın “Erebuni” aeroportunda eniş edib və məlum olub ki, içərisində yalnız Rusiyanın sülhməramlı qüvvələrinin komandanı Muradov olub. Bir gün sonra Rüstəm Muradov açıqlama yayıb ki,...
Siyasət

Media ilə bağlı yeni qanuna ehtiyac varmı?

Nigar Səmədli
9 Aprel 2021

Açıq mənbələrdən götürülüb

“Media sahibliyi məsələsi uzun illərdir ki, ciddi problem kimi ortalıqdadır, azad rəqabət mühiti, reklam bazarı və şəffaflıq yoxdur. Hökumət də bundan istifadə edib medianı fərqli adlar altında nəzarətində saxlayır”. Bunu “Toplum TV”-yə media hüququ üzrə ekspert Xalid Ağaliyev Əhməd İsmayılovun fikirlərini şərh edərkən deyib. Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov aprelin 9-da jurnalistlərə deyib ki, Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi hazırlanır. O, layihənin Prezidentin "Ьedia sahəsində islahatların dərinləşdirilməsi haqqında" 12 yanvar tarixli fərmanının ikinci hissəsinə uyğun olaraq hazırlandığını bildirib. Əhməd İsmayılov qeyd edib ki, layihə hazırda işçi qrupda müzakirə olunur: “Media subyektləri tərəfindən verilmiş rəy və təkliflərin...
Seçilmiş Videolar