Siyasət

Nazirlik polisin dini təhqir etmədiyini deyir

7 İyun, 2022
659

Açıq mənbələrdən götürülüb

Daxili İşlər Nazirliyi polisin dini müqəddəsləri təhqir etməsi ilə bağlı iddialara münasibət bildirib

Bu barədə qurum iyunun 6-da məlumat yayıb.  

"Sosial şəbəkələrin bəzi istifadəçiləri iddia edirlər ki, guya Azərbaycan Polisi dinimizi təhqir edib.

Qeyd olunan iddialar polisi qanunla müəyyən olunmuş fəaliyyətindən və xidməti vəzifəsindən çəkindirmək üçün atılan uğursuz cəhddən başqa bir şey deyil", - deyə məlumatda qeyd olunub. 

Nazirlik iddiaları şayiə adlandırıb və bunun polisin nüfuzdan salınması üçün kampaniya olduğunu bəyan edib. 

"Azərbaycan Polisi bütün dinlərə, o cümlədən mənsub olduqları müqəddəs islam dininə, milli dəyərlərinə böyük hörmət və sayğı ilə yanaşırlar. Bu cür kampaniyaların müəllifləri, ilhamvericiləri birdəfəlik bilməlidirlər ki, onlar belə saxta ittihamlarla Azərbaycan Polisinə heç bir təsir və təzyiq göstərə bilməzlər" - açıqlamada vurğulanıb. 

Bundan əvvəl xəbər verilirdi ki, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin iyunun 3-də polisin dini müqəddəsləri təhqir etməsi iddiasıyla aclıq aksiyasına başlayıb. 

Onun müavini Elçin Qasımov  "Toplum TV"-yə açıqlamasında demişdi ki, T. Bağırzadənin aclıq DİNaksiyasına başlamasının əsas səbəbi polis idarələrində vətəndaşlara verilən işgəncələr zamanı Allahın söyülməsi, təhqir edilməsidir.  

T. Bağırzadənin başlatdığı aksiyaya iyunun 6-da Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvlərindən Abbas Hüseynovun da qoşulduğu bildirilib. 
 
Taleh Bağırzadə 2015-ci ildə polisin Nardaranda keçirdiyi əməliyyatı zamanı həbs olunub. Həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, 16 nəfər də saxlanılıb. Məhkəmə Taleh Bağırzadəni 20 il müddətinə azadlıqdan məhrum edib.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranın izahat tələbinə cavab verib

31 Mart 2023

Rəsmi səhifə

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə İran XİN-in mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara cavab verib. Toplum Tv xəbər verir ki, bu barədə martın 31-də Azərbaycan XİN-dən məlumat verilib.  Ayxan Hacızadə Kənaniyə nazir Ceyhun Bayramovun İsraildə səfərdə ikən səsləndirdiyi fikirlərə diqqətlə qulaq asmağı tövsiyə edib. Onun sözlərinə görə, Bayramov İsrail xarici işlər naziri ilə mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Buna görə də o, İran XİN-i tərəfindən verilən bu açıqlamanı növbəti anti-Azərbaycan addım kimi qiymətləndirib. https://toplum.tv/siyaset/piran-azerbaycandan-izahat-teleb-edirp "Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib. Bunun əksinə, son zamanlar İran ərazisindən...
Siyasət

İran Azərbaycandan izahat tələb edir

Toplum TV
31 Mart 2023

Rəsmi səhifə

Tehran İsrailin Azərbaycan ərazisindən İrana hücum hazırladığını bildirir və Bakıdan izahat tələb edir.  Toplum TV "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə martın 31-də İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasser Kənani gündəlik brifinq zamanı  danışıb.  Kənani açıqlamasında deyib ki, İran "sionist rejimin Azərbaycan Respublikası ərazisindən İrana qarşı sui-qəsd hazırlamasına biganə qala bilməz" və o, Azərbaycan hökumətindən İsraillə əldə olunan razılaşmalarla bağlı izahat tələb edib. XİN sözçüsü xüsusilə İsrailin xarici işlər naziri Eli Koenin azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında işlətdiyi "Azərbaycan və İsrail İranın təhdidini bölüşür" ifadəsinə aydınlıq gətirilməsini tələb edib.  "Bu, sionist rejimin Azərbaycan Respublikası...

Seçilmiş Videolar

Toplum TV loqo