Açıq mənbələrdən götürülüb
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın guya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi bəhanəsi ilə Laçın dəhlizinin bağlanmasına nail olmağa və Dağlıq Qarabağ ermənilərini qovmağa çalışır.
"Novosti-Armeniya" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 10-da hökumətin iclasında deyib.
Paşinyan çıxışında bildirib ki, Azərbaycan uzun müddətdir, Laçın dəhlizi ilə 9 noyabr bəyanatında nəzərdə tutulduğu kimi regionda kommunikasiyaların açılması arasında paralellər aparmağa cəhd edərək manipulyasiyalar aparır.
"9 noyabr bəyanatı belə paralellərə əsas vermir", - deyə o əlavə edib.
Paşinyan çıxışında Azərbaycan Prezidenti Əliyevin noyabrın 8-də səsləndirdiyi fikirlərə reaksiya verərək iddia edib ki, Azəbaycan hakimiyyətinin regional iddiaları Cənubi Qafqazda sabitlik üçün təhdid yaradır: “Beynəlxalq birliyə qarşı təkəbbürlə dolu səriştəsiz bəyanatlar və Ermənistana qarşı anoloji bəyanatlarla, Əliyev Ermənistanı razılaşma və öhdəlikləri yerinə yetirməməkdə ittiham etməyə çalışır, amma əslində bunun tam əksidir".
https://toplum.tv/siyaset/ceyhun-bayramov-ermenistan-lacin-dehlizi-ile-bagli-maddeni-pozur
O qeyd edib ki, Əliyevin bəyanatları Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündən ertəsi gün ABŞ dövlət katibinin vasitəçiliyi ilə və tərəflərin nümayəndə heyətləri sülh müqaviləsinin imzalanması ehtimalı fonunda verilib və bu zaman nümayəndə heyətləri öz paytaxtlarına qayıtmağa belə fürsət tapmamışdılar.
“Əliyev bu bəyanatı ilə Soçi görüşünün nəticələrinə görə tərəflərin güc tətbiq etməkdən və ya güc tətbiq etmək hədəsindən çəkinəcəkləri barədə bəyanatda təsbit olunmuş yazılı razılaşmanı kobud şəkildə pozub. Üçtərəfli və digər formatlarda qəbul edilmiş bəyanatların və sazişlərin pozulması xroniki xarakter daşıyır”, - deyə o bildirib.
Paşinyan çıxışında həmçinin bildirib ki, Ermənistan Azərbaycanla sərhəd keçid məntəqəsi açmağa hazırdır, amma Bakı bundan imtina edir. Onun sözlərinə görə, rəsmi Bakı Dağlıq Qarabağda erməni qoşunlarının olmadığından əmin olmaq üçün ora müşahidə missiyasının göndərilməsindən imtina edib. Paşinyan deyib ki, o, bu təklifi Praqa görüşündə irəli sürüb.
Baş nazir həmçinin Azərbaycanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına mane olmaqda ittiham edib.
"Ermənistan Azərbaycanla sərhəd keçid məntəqəsi açmağa hazırdır, lakin Bakı bundan imtina edir... Mən Yerasx, Naxçıvan, Mehri və Horadizdən keçən dəmir yolunun tikintisi ilə bağlı sənədləri də imzalamağa hazıram", - deyə Paşinyan çıxışında bəyan edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür