Rəsmi səhifə
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, oktyabrın 17-də “Tvitter” səhifəsində Azərbaycan tərəfinə müraciət edib.
"Artıq bir neçə aydır ki, Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində üç buraxılış məntəqəsinin açılması ilə bağlı Ermənistan hökumətinin qərar layihəsi rəsmən yayılıb. Ermənistan hökuməti Azərbaycandan müsbət reaksiya gözləyir", - deyə Paşinyan bildirib.
Bundan əvvəl Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların iclasının Brüsseldə oktyabrın sonunda keçirilməsini təklif etmişdi.
https://toplum.tv/siyaset/ilham-eliyev-ermenistana-xeberdarliq-edib
"Ermənistan Azərbaycana oktyabrın 31-də Brüsseldə sərhədin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyaların iclasının keçirilməsini təklif edib", - deyə o, "Tvitter"də yazmışdı.
Bu gün həmçinin Lüksemburqda keçirilən iclasda Avropa İttifaqı XİN başçılarının Azərbaycan-Ermənistan sərhədinə missiya göndərilməsi məsələsi müzakirə olunacaq.
Məsələylə bağlı açıqlama verən Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell missiyanın təsdiqlənəcəyinə ümid etdiyini bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür