Sosial Media
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov aclığı aksiyanın 21 -ci günündə dayandırdı. O, bu addımı yaxınlarının və AXCP rəhbərliyinin israrlı istəklərindən sonra atıb.
Bu barədə "Turan"a vəkil Zibeydə Sadıqova məlumat verib.
Xatırlatma
Niyaməddin Əhmədov Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisidir. O, 16 aprel 2020-ci il tarixində karantin rejimini pozmaq və polisə müqavimət göstərmək ittihamıyla 30 sutka həbs edilib.
Sonradan ona qarşı terrorizmin maliyyələşdirilməsi ittihamı irəli sürülüb və səbəb kimi xaricdən pul alması göstərilib.
Bildirilir ki, Əhmədov həbsdə olarkən ondan partiya liderinin əleyhinə ifadə almaq üçün işgəncələrə məruz qoyublar. Ancaq o, ifadə verməyib.
Oktyabrın 8-də məhkəmə onu 13 il müddətinə azadlıqdan məhrum edib.
Niyaməddin Əhmədov sentyabrın 22-dən, prokurorun onun barəsində ittiham hökmünü oxuduğu vaxtdan aclıq edirdi.
Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıblar.
Müdafiə tərəfi birinci instansiya məhkəməsinin qərarından apellyasiya verəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər