Açıq mənbələrdən götürülüb
Yanvarın 12-də Ombudsman nümayəndələri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinə xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.
Bu barədə yanvarın 13-də Ombudsman Aparatının mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilir ki, həmin müəssisədə cəza çəkən və hazırda müəssisənin tibb-sanitar hissəsində saxlanılan Polad Aslanov konfidensial qaydada qəbul olunub.
Qida qəbulundan imtina etməsi səbəbi ilə ayrıca palata ayrıldığı və Polad Aslanovun gündəlik həkim nəzarətində olduğu müşahidə edilib.
Məhkumla söhbət zamanı o, qida qəbulundan imtina səbəbi kimi barəsində olan cinayət işi üzrə birinci və apellyasiya instansiyaları üzrə məhkəmə qərarlarından narazılığını bildirib, habelə hazırda Ali Məhkəmənin icraatında olan işinə ədalətli baxılmasına nail olmaq istəyini qeyd edib.
"Ombudsman nümayəndələri Polad Aslanovun səhhətinin nəzarətdə saxlanılması, gündəlik həkim nəzarətinin davam etdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verib", - deyə press-relizdə bildirilir.
"Xeberman.com" saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu il tarixində İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. “Sərhədsiz Reportyorlar” və digər hüquq müdafiə qurumları Azərbaycan hökumətini Polad Aslanovu azad etməyə çağırıblar. Yanvarın 6-dan o, işinə yenidən baxılması və Ali Məhkəmədə kassasiya şikayətinə baxılmasının sürətləndirilməsi tələbi ilə aclıq edir.
Rəsmi səhifə
Rəsmi səhifə
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir