Siyasət

Ordunun Kəlbəcərdəki mövqelər atəşə tutulub

10 May, 2022
61

Toplum Tv

Mayın 9-u axşam saatlarında Azərbaycan ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub.

Məlumatı mayın 10-da Müdafiə Nazirliyi yayıb.

Məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Nazirlik bildirir ki, adekvat cavab tədbirləri görülüb. «Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır", - nazirlikdən bildirilib.

 

Siyasət

ABŞ səfirliyi 14 may aksiyası barədə

Roza Məmmədova
17 May 2022

Toplum Tv

Birləşmiş Ştatların səfirliyi "Toplum TV"yə açıqlamasında Azərbaycan hökumətini vətəndaşların konstitusion hüquqlarına hörmət etməyə çağırıb Birləşmiş Ştatlarının Səfirliyi Azərbaycan hökumətini insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə yanaşmağa, o cümlədən bütün vətəndaşların öz fikirlərini dinc şəkildə ifadə etməsinə, azad toplaşma hüququndan istifadəsinə imkan verməyə çağırıb. Mayın 14-də Bakıda dinc etiraz aksiyasının iştirakçılarına qarşı zorakılıq və jurnalistlərlə ictimai fəallara təzyiqlə bağlı “Toplum TV”nin sorğusuna Birləşmiş Ştatlar səfirliyindən verilən cavabda belə deyilir.  “Biz bütün dünyada etdiyimiz kimi, Azərbaycanda da hökuməti medianın təhlükəsizliyini təmin etməyə və jurnalistlərin zorakılıq, təhdid və ya ədalətsiz həbsdən qorxmadan öz vəzifəsini yerinə yetirmək imkanlarını qorumağa çağırırıq”,- deyə açıqlamda qeyd olunub....
Siyasət

Putin niyə MDB ölkələrinin KTMT-yə üzv olmasını istəyir?

Roza Məmmədova
17 May 2022

Reuters

"Putinin dediklərini dinləməliyik, amma əhəmiyyət verməməliyik” Azərbaycanın sabiq xarici İşlər naziri Tofiq Zülfüqarov “Toplum TV”yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mayın 16-da Moskvada keçirilən sammitində Rusiya Prezidentinin çıxışını şərh edərkən belə deyib. Rusiya Prezidenti Vladimir Putin məlum nitqi zamanı Müstəqil Dövlətlər Birliyinə (MDB) KTMT-də müşahidəçi statusunun verilməsi təklifi ilə çıxış edib. Bir gün əvvəlsə Belarusun müdafiə naziri Viktor Xrenin bir neçə ildən sonra onlarla ölkənin KTMT-yə qoşulacağını bəyan etmişdi. Hazırda təşkilatın üzvləri Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistandır. Putin saamitdəki çıxışında KTMT-nin payızda birgə hərbi təlimlər planlaşdırdığını da deyib. Onun sözlərinə görə, təlimlərin sayı getdikcə artacaq və onlar Qazaxıstan,...

Seçilmiş Videolar

Toplum TV loqo