Açıq mənbələrdən götürülüb
ABŞ bayrağı
"19 sentyabr hadisələrindən sonra sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq".
Toplum TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə məsul diplomatı Ceyms Obrayen noyabrın 15-də Konqresin Xarici Əlaqələr Komitəsində Qarabağın gələcəyi ilə bağlı keçirilən dinləmələrdəki çıxışı zamanı deyib.
Obrayenin sözlərinə görə, rəsmi Bakı Vaşinqtonu əmin edib ki, onun Ermənistana hərbi müdaxilə etmək niyyəti yoxdur:
"Biz qoşunların hərəkətini və bu cür addımların mövcudluğunu göstərə biləcək hər hansı siqnalları çox diqqətlə izləyirik. Dediyim kimi, biz onlara demişik ki, sülh danışıqlarında uğur olmayana qədər münasibətlərimizin normal olması ehtimalı yoxdur. Atdığımız addımlara gəlincə, birincisi, biz Azərbaycana bir çox yüksək səviyyəli səfərləri ləğv etmişik, həmçinin biz Azərbaycanı dəstəkləmək imkanı verən 907 saylı düzəlişi dondurmayacağıq. Biz onu da çatdırmışıq ki, tranzit dəhlizinin tikintisinin mümkünlüyü birbaşa sülh sazişinin bağlanmasından asılıdır”.
https://toplum.tv/siyaset/pabs-azerbaycanla-ikiterefli-goumlruumlsleri-dayandiribp
Azərbaycanın 19-20 sentyabr tarixlərində keçirdiyi lokal anti-terror əməliyyatı baradə danışarkən rəsmi bildirib ki, Dövlət Departamentinin katibi Antoni Blinkenin göstərişi ilə təkcə o günlərdə deyil, ondan əvvəlki aylarda baş verənlərin hərtərəfli və şəffaf hesabatı hazırlanır.
"Sentyabr hadisələrindən sonra sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq", - deyə Obrayen çıxışında vurğulayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV