PBS
Ned Prays
ABŞ Azərbaycanın siyasi partiyalar haqqında yeni qanunundan narahatdır.
Toplum TV xəbər verir ki, bu barədə martın 16-da ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays danışıb.
“Biz hökuməti Venesiya Komissiyasının və ATƏT-nin tövsiyələrini nəzərə almağa və əsas azadlıqlara, o cümlədən birləşmək azadlığına hörmət etməyə çağırırıq”, - "Turan"-ın Vaşinqton müxbiri Praysdan sitat gətirib.
https://toplum.tv/siyaset/pputin-ilham-eliyeve-zeng-edibp
Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı “Siyasi partiyalar haqqında” qanun ötən ilin sentyabrında təklif edilən ilkin qanun layihəsinin yenilənmiş variantıdır.
Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu yeni qanunu tənqid edərək, onun “ölkədə plüralizmə çəkindirici təsir göstərən bir sıra yeni problemli müddəaları təqdim etdiyini” qeyd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə