Açıq mənbələrdən götürülüb
Samanta Pauer Ermənistanda
Vaşinqton ABŞ-ın Qarabağdakı böhrana humanitar reaksiyasını koordinasiya etmək üçün Cənubi Qafqaza təbii fəlakətlərə reaksiya komandasının göndərildiyini elan edib.
Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 28-də Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer bəyanat verib.
Onun sözlərinə görə, komandaya bölgədə vəziyyəti qiymətləndirmək, prioritet ehtiyacları müəyyən etmək və lazım olan yardımı göstərmək üçün tərəfdaşlarla işləmək tapşırılacaq.
Bəyanatda həmçinin deyilir ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağın əhalisinin təhlükəsizliyindən narahatdır.
Qeyd edək ki, Birləşmiş Ştatlar bundan əvvəl Qarabağ ermənilərinin humanitar ehtiyatlarını qarşılamaq üçün 11.5 milyon dollarlıq yardım ayırmışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV