Siyasət

ABŞ-ın məxfi sənədləri sızıb: “Rusiya kəşfiyyatının ilk uğuru”

10 Aprel, 2023
972

Rəsmi səhifə

Pentaqon

Cümə günü sosial şəbəkələrdə ABŞ-ın məxfi sənədlərinin yeni porsiyası yayıldı. Bu dəfə sənədlər təkcə Ukraynadan deyil, həm də Yaxın Şərq və Çindən bəhs edir. Bu haqda “New York Times” qəzeti xəbər verib. Bir gün əvvəl isə nəşr ilk sızmanı – Ukrayna hücumunun hazırlanmasından bəhs edən NATO və Pentaqon sənədlərini aşkar etmişdi.

“Washington Post” yazır ki, indi bir neçə ölkədə məmurlar informasiyanın aşkarlanmasından dəyən zərəri müəyyənləşdirməyə çalışır və paylaşılan sənədlərin bu qədər uzun müddət diqqətdən kənarda qalmasını anlaya bilmirlər.

Onlarla səhifədən ibarət ciddi məxfilənmiş sənədlər fevralın 28-də və martın 2-də “Discord” platformasında çap olunub. Amma hakimiyyət bundan ötən həftə NYT yazandan sonra xəbər tutub.

Sənədlərdə nə var

Məxfi materialların ikinci porsiyası Ukrayna, Yaxın Şərq, Cənubi Koreya və Çin üzrə sənədlərdir.

Şəbəkəyə sızan materialları analiz edən NYT-ın yazdığına görə, sənədlərdən məlum olur ki, ABŞ həm Rusiya hakimiyyətini, həm də Ukrayna və müttəfiq ölkələrdən məmurları izləyir.

https://toplum.tv/dunya/pabs-rusiya-mexfi-danisiqlari-yayilibp

Məsələn, ABŞ, demək olar, Rusiyanın hər bir xüsusi xidmətindən, ya elə, ya belə, informasiya əldə edir. “Tamamilə məxfi” qrifli sənədlərin birində NATO ölkələrinin Ukraynaya verdikləri tanklara qarşı Rusiya Baş qərargahının planları müzakirə olunur.

Sənədlərdən o da aydın olur ki, Amerika xüsusi xidmətləri real zaman rejimində Kiyevi Rusiya hücumunun vaxtı, eləcə də bu hücumların konkret hədəfi barədə xəbərdar edib və beləliklə, Ukraynaya müdafiə tədbirləri görməyə fürsət verib.

WP yazır ki, Amerika kəşfiyyatı fevral günlərinin birində Ukrayna qoşunlarının mövqelərinə iki yerdə zərbə endirmək barədə Rusiya Müdafiə naziriyinin planından xəbərdar olub. Qurum rusların enerji obyektlərinə və körpülərə zərbə endirməyə hazırlaşmalarından da qabaqcadan məlumatlı imiş.

Kəşfiyyat hesabatları Birləşmiş Ştatların Ukraynanın ali siyasi və hərbi rəhbərliyini izlədiyini ortaya qoyur. Bu, Ukraynanın hər strategiyası barədə Vaşinqtonun aydın təsəvvür əldə etməsi cəhdlərini göstərir.

“Materiallar kəşfiyyat nümayəndələrinin çoxdan səsləndirdikləri ideyanı təsdiq edir: ABŞ Ukraynanın planlarından çox Rusiyanın hərbi əməliyyatları barədə daha aydın təsəvvürə malikdir”, - NYT yazır.

Sızan sənədlərdə Ukrayna müharibəsindən başqa ABŞ-ın müttəfiqləri, məsələn, Cənubi Koreya haqqında məlumatlar da var. 

Cənubi Koreyanın izlənilməsi

Materialların bu bölümündə deyilir ki, Cənubi Koreyanın rəsmi şəxsləri Co Baydenin Ukraynaya yardım mövzusunda ölkə prezidenti Yun Sok-yeolka təzyiq edə biləcəyindən narahat imişlər.

Amerikalılar bunu “radiotexniki kəşfiyyatın məlumatı” nəticəsində öyrəniblər. NYT izah edir ki, bu da telefon danışıqlarının dinlənilməsi və elektron yazışmaların oxunması deməkdir.

Seul bazar günü bildirib ki, Ukraynaya sursatların verilməsinin mümkünlüyü müzakirə olunan elektron yazışmaların CİA tərəfindən oxunmasının təfərrüatlarını Vaşinqtonla müzakirə edəcək.

Seulun rəsmi nümayəndəsi mətbuat üçün keçirilən brifinqdə söyləyib: “Biz digər ölkələrlə bağlı presedentləri, halları nəzərdən keçiririk və uyğun cavab verəcəyik”.

 Bu zaman ABŞ-ın Koreyadan sursat tədarükü istəməsinin özü sirr deyil. Bu barədə hələ noyabrda “Wall Street Journal” yazmışdı.

Cənubi Koreya Ukraynaya silah göndərməkdən imtina edərək yalnız humanitar yardımla kifayətlənir. Amma koreyalılar ABŞ və Polşaya silah göndərirlər. Polşa Koreya Respublikasından K-9 özüyeriyən artilleriya qurğuları (ÖAQ) və K-2 əsas döyüş tankı alır. Əvəzində özünün T-72 tanklarını və Krab ÖAQ-larını Ukraynaya verir.

Martın əvvəllərində məlum oldu ki, Seul hazırlanmasında Koreya istehsallı komponentlərin istifadə olunduğu Krab haubitsalarının Ukraynaya verilməsinə razı olub. Bu, belə silahların Ukraynaya verilməsinə Seulun sadəcə göz yummadığının, rəsmən razılıq verməsinin ilk sübutu oldu.

Hansı təhlükələr var

Əgər Moskva informasiya mənbələrini qapada bilərsə, sızma Ukraynanın hərbi çalışmalarına real zərər vura bilər.

NYT qeyd edir ki, hadisə ABŞ-ın öz müttəfiqləri ilə münasibətlərini artıq qəlizləşdirib və öz sirlərini qoruma bacarığına şübhə yaradıb.

Müttəfiq ölkələrin rəsmi nümayəndələri izlənilmək barədə informasiyaya çətin ki, təəccüblənsinlər. Buna baxmayaraq, belə halların ictimailəşməsi yaxın partnyorlarla - o cümlədən Ukraynanın silahla təchizatında yardımı zəruri olan Cənubi Koreya ilə - münasibətləri həmişə korlayır.

Kəşfiyyatın yüksək vəzifəli nümayəndəsi NYT-a şərhində sızmanı “Beş göz üçün kabus” adlandırıb. Bu zaman o, kəşfiyyat məlumatlarının fəal mübadiləsi ilə məşğul olan ölkələrin (ABŞ, Avstraliya, Böyük Britaniya, Kanada və Yeni Zelandiya) alyansını nəzərdə tutub.

Cümə günü iki mənbə WP-a bildirib ki, Pentaqon rəhbərliyi kəşfiyyat məlumatlarına çıxışı məhdudlaşdırıb. Onlardan biri tədbirlər qeyri-adi dərəcədə sərt adlandırıb və təxmin edib ki, bu, Pentaqon rəhbərliyinin təlaşının göstəricisidir.

Avropa kəşfiyyatının nümayəndəsi isə qorxur ki, əgər Vaşinqton gələcək kəşfiyyat məlumatlarına müttəfiqlərin çıxışını məhdudlaşdırsa, onlar tamamilə informasiya vakuumunda qalacaqlar.

ABŞ Ədliyyə nazirliyi şənbə günü araşdırmaya başladığını bildirib. “Biz bununla bağlı Müdafiə nazirliyi ilə əlaqə saxlamışıq və istintaqa başlamışıq”, - nazirliyin nümayəndəsi “Frans Press” agentliyinə deyib.

Pentaqon isə cümə axşamı bildirmişdi ki, mümkün sızma haqqında informasiyanı tədqiq edir. Bir gün sonra yeni sənədlər yayılanda qurumun nümayəndəsi yeni bir şey əlavə edə bilməyəcəyini söylədi.

Amma milli təhlükəsizliyə cavabdeh olan bir neçə orqanın təmsilçiləri etiraf ediblər ki, hakimiyyət sızma mənbəyini əlimyandıda axtarır və ötürülən sənədlərin daha çox ola biləcəyindən ehtiyat edir.

İlk yayılan sənədlərdə nə vardı

Sənədlərin birinci porsiyası Ukrayna ordusunun Rusiya qüvvələri üzərinə əks-hücümunun hazırlanmasında ABŞ və NATO-nun köməyinə həsr olunmuşdu.

Sənədlər martın 1-dən əvvəlki tarixə aid idi, bu da, ekspertlərin fikrincə, onların aktuallığını şübhə altına salır.

https://toplum.tv/dunya/ptrampin-hebsi-abs-siyasetine-nece-tesir-goumlsterecekp

Materiallarda gözlənilən hücumun tarixi və yeri əks olunmurdu. Amma Ukraynanın hücum üçün nə qədər briqada hazırlamağı planlaşdırması və onlara hansı texnika veriləcəyi haqqında informasiya vardı. HİMARS-ların gündəlik nə qədər sursat işlətmələri barədə məlumat da yer alırdı.

NYT və “Reuters” agentliyinin amerikalı məmurlardan olan həmsöhbətləri hesab edirlər ki, sənədlər Rusiya itkilərini azaltmaq və Ukrayna itkilərini artırmaq məqsədilə redaktə olunublar.

Materialların dəyişikliyə məruz qalmalarını belə bir fakt da sübut edir ki, slaydlardan birində Rusiya itkiləri 16-17 min, Ukrayna itkiləri 71,5 min göstərilib. Rusiya itkilərinin qiymətləndirilməsi ağlasığmaz dərəcədə aşağıdır: BBC hələ martın 17-də açıq mənbələrdən götürdüyü 17375 nəfərin adını bilirdi.

Ölənlərin real sayı açıq-aşkar yüksəkdir, Qərbin rəsmi nümayəndələri isə dəfələrlə böyük rəqəm səsləndiriblər.

Beləliklə, bu saxtakarlıq Rusiya maraqları naminə dezinformasiya cəhdindən xəbər verə bilər. “Reuters” agentliyi də üç amerikalı məmura istinadən sızmanın arxasında ehtimal ki, Rusiyanın və ya rusiyayönümlü elementlərin durduğunu qeyd edir.

NYT bunu “müharibə başlayandan Rusiya kəşfiyyatının ilk uğuru” adlandırır.

Ukrayna isə sənədlərin saxta olduğunu deyir: “Fotoşop və virtual psevdosızmadır. Moskva Ukraynanın əks-hücumunu pozmağı çox arzulayır. Amma rusiyalılar həqiqi planı döyüş meydanında görəcəklər. Tezliklə”, - Ukrayna prezidenti ofisi rəhbərinin müşaviri Mixail Podolyak söyləyib.

WP-a anonim şərh verən yüksək rütbəli ukraynalı məmur sızmanın Kiyevdəki siyasi və hərbi rəhbərliyi qıcıqlandırdığını açıqlayıb: ukraynalılar zəif cəhətlərini, məsələn, döyüş sursatlarının çatışmamasını Kremldən gizlətməyə çalışırdılar.

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistan tərəfi Azərbaycana cavab verib: "Konstitusiya daxili işimizdir"

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

“Sülh müqaviləsi layihəsinin razılaşdırılmış bəndlərində göstərilir ki, tərəflər sazişin müddəalarına əməl etməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər”. Toplum TV xəbər verir ki, bunu martın 1-də Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatik Forumundakı panel müzakirələrində Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.  Panel əsnasında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və Bakının bununla bağlı qarşı tərəfdən açıqlama gözlədiyini bildirib.  Rubinyan isə Hacıyevə cavabında bildirib ki, Konstitusiya və hüquqi bazası Ermənistanın daxili işidir: "Bunun qətiyyən sülhməramlı proseslərlə əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".  Onun sözlərinə görə, saziş layihəsinin razılaşdırılmış bəndlərində Ermənistan və Azərbaycanın...
Siyasət

Aİ nümayəndəsi: Azərbaycanla Ermənistan yaxın zamanda sülh sazişi imzalaya bilər

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması realdır".  Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu martın 1-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib. Onun sözlərinə görə, müqavilənin bütün elementlər masadadır: "Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb". Klaar həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təbii ki, iki ölkə arasında imzalanacaq. "Kənardakı hər hansı vasitəçi (tərəfdaş) sadəcə bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı...

Seçilmiş Videolar

Toplum TV loqo