Sosial Media
Sevinc Vaqifqızı
Abzas Medianın baş redaktoru Sevinc Vaqifqızı Bakı hava limanında təyyarədən enərkən saxlanılıb.
Toplum TV xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqlı sosial media hesabında məlumat yayıb.
"Sevinc Vaqifqizi tutulacağını bildiyi halda bu dəqiqələrdə Bakıya qayıtdı. Ona passport kontroldan qeydiyyatdan keçməyə imkan verməyiblər və bildiriblər ki, onu Bakı Şəhər Baş Polis İdarəsinə aparırlar. Hava limanından həmin idarəyə gəldim, orderim əlimdə olsa da görüşə icazə vermirlər. 102 xidmətinə zəng vurdum, hələ ki, bir nəticə yoxdur", - Elçin Sadıqlı açıqlamasında bildirib.
https://toplum.tv/siyaset/pquotabzas-mediaquot-nin-ofisinden-40-min-avronun-askarlandigi-deyilirp
Abzas Media jurnalistlərinin sosial mediada yazdığına görö. S. Vaqifqızının yaşadığı mənzilə aparılır. Polislər onun mənzilində axtarışa başladığı bildirilir.
Xatırladaq ki, noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli hava limanında saxlanılıb. Abzas Medianın ofisində axtarış zamanı 40 min avro vəsaitin aşkarlandığı iddia edilir. Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb.
Dünən ictimai fəal Məhəmməd Kekalovun da evindən mülki geyimli polis əməkdaşları tərəfindən aparıldığı məlum olub. Onun harada olması məlum deyil.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?