Siyasət

Abzas Media-nın ofisində axtarış aparıldığı bildirilir - YENİLƏNİB

20 Noyabr, 2023
173

VOA

Ülvi Həsənli

Polis Abzas Medianın ofisində axtarışa başlayıb.

Toplum Tv xəbər verir ki, bu barədə noyabrın 20-də jurnalist Ramin Deko sosial media hesabında məlumat yayıb. 

“Hazırda AbzasMedianın ofisində vəkil Zibeyda Sadigovanın iştirakıyla axtarış aparılır. Ülvi Həsənlinin də gətirildiyi bildirilir. Ofisin olduğu binanın həyətinə jurnalistlər buraxılmır”, - açıqlamada qeyd olunub. 

***

11:13

Abzas Medianın direktoru Ulvi Hasanlini Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıb.

Jurnalist Sevinc Vaqifqızı bildirib ki, müstəntiq jurnalistin vəkili Zibeyda Sadigova ilə əlaqə saxlayıb, idarəyə dəvət edib.

*** 

10:58

Abzas Medianın direktoru Ülvi Həsənlinin saxlanıldığı ehtimal olunur. 

Toplum TV xəbər verir ki, bu barədə noyabrın 20-də jurnalist Sevinc Vaqifqızı sosial media hesabında məlumat yayıb. 

Onun sözlərinə görə, Ülvi Həsənlinin ötən gecə xaricə uçuşu var idi, amma təyyarə tərpənsə də, özü gəlib çıxmayıb. 

https://toplum.tv/siyaset/pictimai-feal-afieddin-memmedovun-hebs-muumlddeti-uzadildip

"Hazırda telefonuna zəng çatmır. Adətən telefonu açıq olur. Sonuncu danışıqda evdən çıxıb hava limanına getdiyini deyib. Onun hava limanında saxlanıldığın ehtimal edirəm", - Sevinc Vaqifqizi yazıb. 

Məsələylə əlaqədar Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın iqtisadiyyat naziri vəzifəsindən azad olunub 

8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
Siyasət

İlham Əliyev Ermənistanla verilmiş birgə bəyanatdan danışıb

Toplum TV
8 Dekabr 2023

President.az

Dekabrın 8-də Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Toplum TV xəbər verir ki, görüşdə bir sıra məsələlərə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə toxunulub.  Buriç xüsusilə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı alqışladıqlarını bildirib, Avropa Şurasının iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazır olduğunu vurğulayıb. https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp Öz növbəsində İlham Əliyev qeyd edib ki, sözügedən birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident həmçinin vurğulayıb ki, Avropa Şurası da iki ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo