Siyasət

Ağ Ev Bakı və Yerevanı “eskalasiyanı azaltmağa” çağırır

22 Mart, 2023
124

Martın 21-də Ağ Ev Azərbaycan və Ermənistanı "eskalasiyanı azaltmağa" çağırıb. Bu haqda Turan-ın Vaşinqton müxbiri xəbər verir.

"Biz bütün tərəfləri gərginliyi azaltmağa çağırırıq... Biz heç bir zorakılıq istəmirik və bütün tərəflərin gərginliyin azaldılması və zorakılığa son qoyulması üçün müvafiq addımlar atmasını istəyirik", - Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərin sualını cavablandırarkən belə deyib.

O, ABŞ-ın Qarabağ bölgəsində 2000 rus hərbçisinin olmasından narahatlıq keçirib-keçirməməsi ilə bağlı suala isə cavab verməyib.

Con Kirbinin şərhləri dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycan liderləri ilə danışıqlarından sonra, iki ölkənin liderlərinə sülh danışıqlarının asanlaşdırılmasında ABŞ dəstəyini təklif edəndən sonra verilib.

Turan-ın müxbiri brifinq zamanı Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelə Blinkenin prezident İlham Əliyevlə söhbəti zamanı insan haqları məsələsini qaldırıb-qaldırmadığı ilə bağlı sual ünvanlayıb. 

O, danışıqların təfərrüatlarını bilmədiyini söyləsə də, “amma insan haqları bizim bütün tərəfdaşlarımızla, o cümlədən Cənubi Qafqazda mütəmadi olaraq qaldırdığımız bir məsələdir” deyə əlavə edib.

 

Martın 21-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Prezidentin mətbuat xidməti xəbər verir ki, bu zaman Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunub. 

Dövlət başçısının sözlərinə görə, aksiyanın keçirildiyi dövrdə - ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4700-dən artıq nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidi təmin olunub. İlham Əliyev yolun blokadada olması barədə məlumatı Ermənistanın “yalançı təbliğatı” adlandırıb.

Prezident həmçinin bildirib ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində qalması ciddi narahatlıq doğurur. Buna görə də dövlət başçısı Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü vurğulayıb.

İlham Əliyev son həftələr ərzində Ermənistanın Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürütdüyünü, Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən atəşkəsin intensiv şəkildə pozulması hallarının müşahidə olunduğunu diqqətə çatdırıb. 

Azərbaycan Prezidenti 2023-cü il martın 5-də qanunsuz erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycanən 2 hərbi qulluqçusunun həlak olduğunu və martın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistanın növbəti təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralandığını qeyd edib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, İlham Əliyev vurğulayıb ki, Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır, son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistana təqdim edib.

Dövlət başçısı həmçinin ABŞ və şəxsən dövlət katibi Entoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

Məlumatda qeyd olunur ki, dövlət katibi ABŞ-ın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirib.

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken daha öncə - fevralın 18-də Münhendə Təhlükəsizlik Konfransı zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilə birgə görüşdə iki ölkə arasında sülh sazişini, mümkün şərtləri müzakirə etmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun 2023

Rəsmi səhifə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür". Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib". https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp...
Siyasət

Rəsmi Bakı Makronun bəyanatından narazı qalıb

2 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanata cavab olaraq deyib. Onun sözlərinə görə, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo