Aİ Ermənistan və Azərbaycanı “tarixi fürsətdən” yararlanmağa çağırıb
Açıq mənbələrdən götürülüb
Oliver Varhey
Avropa İttifaqı Ermənistan və Azərbaycanı fikir ayrılıqlarını həll etmək və danışıqlar masasına qayıtmaq üçün “tarixi fürsətdən” yararlanmağa çağırıb.
Toplum TV xəbər verir ki, bu barədə Avropa Parlamentinin Brüsseldə keçirilən plenar iclasında təşkilatın Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhey danışıb.
“Biz iki ölkə liderini bu münaqişəni nəhayət ki, həll etmək və mənalı dialoqa qayıtmaq üçün tarixi fürsətdən yararlanmağa çağırırıq”, - deyə komissar Bakı ilə Yerevan arasındakı münasibətlərə dair çıxışı zamanı bildirib.
Varhey Avropa Şurasının rəhbəri Şarl Mişelin Azərbaycan və Ermənistan arasında gələcək sülh sazişi və sərhədlərin delimitasiyası üzrə dialoqa yönəlmiş səylərini tam dəstəklədiyini bildirib.
Avropa komissarı onu da xatırladıb ki, Avropkia İttifaqı “gərginliyi azaltmaq və sülh prosesini dəstəkləmək üçün” Ermənistana missiya göndərib.
"Bu, sabitliyin möhkəmləndirilməsi və Avropa İttifaqının regionda rolunun gücləndirilməsi istiqamətində mühüm addımdır", - deyə komissar bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə