Siyasət

Aİ-nin Azərbaycandakı nümayəndəsi yerli KİV-ə narazılığını bildirib

6 Fevral, 2024
154

Açıq mənbələrdən götürülüb

Peter Mixalko

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Peter Mixalko yerli KİV-də Avropa İttifaqının Ermənistandakı Missiyasına (AİEM) qarşı dərc olunan yazılardan narazılığını bildirib. 

Toplum TV xəbər verir ki, bu barədə Peter Mixalko fevralın 6-da "X" sosial şəbəkəsində məlumat paylaşıb. 

"Son günlər Azərbaycanda bəzi mətbuat orqanlarında Avropa İttifaqının Ermənistandakı Missiyasına (AİEM) qarşı tamamilə əsassız ittihamların dərc edilməsində təəssüf edirəm. Vurğulayıram ki, AİEM mülki, silahsız missiyadır və onun mandatı riayət etməkdir", -  Mixalko bildirib. 

https://toplum.tv/siyaset/permenistandan-azerbaycana-keccedilmek-isteyen-ccedilexiya-vetendasinin-saxlanildigi-bildirilirp

Onun sözlərinə görə, missiyanın məqsədi sabitlik və etimadın yaradılmasına töhfə verməkdir. 

"Aİ Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasına dəstək üçün səylərini davam etdirəcək", - deyə o, qeyd edib. 

Fevralın 3-də Çexiya vətəndaşının Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olduğu və hərbçilər tərəfindən saxlanıldığı bildirilir.

Onun saxlanılması ilə bağlı Çexiyanın Azərbaycandakı konsulluğuna məlumatın göndərildiyi də vurğulanır.

Hökumətyönlü mediada yayılan xəbərlərdə bildirilir ki, hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində (DTX)  istintaq-əməliyyat araşdırmaları aparılır. Amma DTX məlumatı nə təsdiq, nə də təkzib edir.

Çexiya səfirliyindən də vətəndaşın Azərbaycanda saxlanılmasını Meydan TV-yə təsdiqləyiblər. Lakin səfirlik ümumilikdə məsələni şərh etmək istəmədiyini qeyd edib.

Çexiyanın Xarici İşlər Nazirliyi isə ölkə vətəndaşının Ermənistandan Azərbaycana keçərkən saxlandığını təsdiqləyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistan tərəfi Azərbaycana cavab verib: "Konstitusiya daxili işimizdir"

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

“Sülh müqaviləsi layihəsinin razılaşdırılmış bəndlərində göstərilir ki, tərəflər sazişin müddəalarına əməl etməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər”. Toplum TV xəbər verir ki, bunu martın 1-də Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatik Forumundakı panel müzakirələrində Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.  Panel əsnasında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və Bakının bununla bağlı qarşı tərəfdən açıqlama gözlədiyini bildirib.  Rubinyan isə Hacıyevə cavabında bildirib ki, Konstitusiya və hüquqi bazası Ermənistanın daxili işidir: "Bunun qətiyyən sülhməramlı proseslərlə əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".  Onun sözlərinə görə, saziş layihəsinin razılaşdırılmış bəndlərində Ermənistan və Azərbaycanın...
Siyasət

Aİ nümayəndəsi: Azərbaycanla Ermənistan yaxın zamanda sülh sazişi imzalaya bilər

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması realdır".  Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu martın 1-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib. Onun sözlərinə görə, müqavilənin bütün elementlər masadadır: "Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb". Klaar həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təbii ki, iki ölkə arasında imzalanacaq. "Kənardakı hər hansı vasitəçi (tərəfdaş) sadəcə bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı...

Seçilmiş Videolar

Toplum TV loqo