Açıq mənbələrdən götürülüb
Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Tehran və Yerevan şəhərlərinin qardaşlaşmasından narazı qalıb.
Toplum TV xəbər verir ki, bu barədə o, yanvarın 20-də jurnalistlərə açıqlamasında deyib.
Şeyxülislamın sözlərinə görə, o, bir din xadimi kimi bütün dövlətlərlə münasibətlərin yaxşı olmasını istəyir və buraya İran da daxildir.
https://toplum.tv/dunya/piran-etirazccedililarinin-dar-agacina-geden-yolup
Bununla belə, Paşazadə İranın tarixi səhv etdiyini vurğulayıb:
"İrandan öz qardaşınız kimi belə bir şeyi gözləmirdik. Söhbət Tehranla Yerevanın qardaşlaşmasından gedir. Bu çox mənfi haldır. Biz onlara qardaş deyirdik, sonradan gördük ki, onların başqa qardaşları varmış, biz ögey qardaş imişik".
Paşazadə bildirib ki, bu, İslam tarixi üçün də bağışlanmaz səhvdir.
"İran belə addımlar atmamalıdır. İran da bizə qarşı həqiqi addımlar atmalıdır. Və bizə qardaş deyəndə yalançı qardaş deməməlidir”, - deyə o bildirib.
Tehran və Yerevan şəhərləri yanvarın 18-də qardaşlaşıb. Müqaviləni Yerevan meri Qraçya Sarkisyan və Tehran meri Əlirza Zakani imzalayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial Media
Açıq mənbələrdən götürülüb