Açıq mənbələrdən götürülüb
Toplum TV - Allahşükür Paşazadə
"Bu gün biz qardaş hesab etdiyimiz İrandan şəhid aldıq. İndi bilirik ki, onlar bizim yox, Ermənistanın qardaşıdır".
Toplum TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
II Fəxri Xiyabanda Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı həlak olan Orxan Əsgərovun dəfn mərasimindən sonra Paşazadə mətbuata bildirib ki, baş verənlər terror aktı kimi qiymətləndirilməlidir.
https://toplum.tv/siyaset/presmi-baki-quotirana-uumlmidimiz-ve-etibarimiz-yoxdurquotp
O, açıqlamasında həmçinin İranda 40 milyona yaxın azərbaycanlının yaşadığını vurğulayıb və deyib ki, bu gün həmin azərbaycanlılar "fars rejiminin əlində əsirdirlər".
Xatırlatma
Azərbaycanın Tehrandakı səfirliyinə hücum yanvarın 27-si səhər saat 8.30 radələrində baş verib.
Silahlı şəxs mühafizə postunu yararaq səfirliyə daxil olub. O, səfirliyin mühafizə xidmətinin rəhbərini qətlə yetirib, daha iki nəfəri isə yaralayıb.
Hadisə barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb.
ABŞ, Böyük Britaniya, İsrail, Ukrayna, Rusiya, Türkiyə və digər ölkələr Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyiblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə