Siyasət

Almaniya və ABŞ səfirliyi "Abzas Media"-nın maliyyələşdirilməsiylə bağlı iddialara cavab verib

29 Noyabr, 2023
253

Açıq mənbələrdən götürülüb

Almaniya bayrağı

Almaniyanın Azərbaycandakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Abzas Media" portalının qanunsuz maliyyələşdirilməsi ilə bağlı ittihamlarını təkzib edib. 

Toplum Tv xəbər verir ki, bununla bağlı səfirlik noyabrın 28-də sosial media hesabında məlumat yayıb. 

"Təəssüf edirik ki, bəzi KİV-lər qeyri-dəqiq məlumat yayıblar. Bu gün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəvəti ilə məsələni nəzərə alan yüksək vəzifəli şəxsə izah etmişik. Almaniya Səfirliyi 3 dekabr 2021-ci il Beynəlxalq Əlillər Günü münasibətilə ''KEKALOVE ADAPTIVE'' tərəfindən təşkil edilən moda nümayişi ilə əlaqədar 1500 Avro maliyyə yardımı da daxil olmaqla, Məhəmməd Kekalov və əlillər üçün sosial öhdəliyini davamlı olaraq dəstəkləmişdir. Ən son bu ilin may ayında Almaniya səfirinin iqamətgahında bu moda nümayişinə dəstək verdik. Biz cənab Kekalova qarşı irəli sürülən ittihamlardan çox narahatıq və onun ədalətli mühakimə olunmasını gözləyirik", - açıqlamada vurğulanıb.  

https://toplum.tv/siyaset/pabs-almaniya-ve-fransa-diplomatlari-azerbaycan-xin-e-ccedilagirilibnbspp

ABŞ-ın Azərbaycandakı səfirliyi də Nazirliyin məlumatı ilə bağlı "Amerikanın Səsi"nin sorğusunu cavablandırıb.

“1992-ci ildə ölkələrimiz diplomatik əlaqələr qurandan bəri ABŞ və Azərbaycan qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər üzrə şəffaf şəkildə birgə işləyirlər. Bura bizim insanlar arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində birgə gördüyümüz işlər daxildir”, - ABŞ səfirliyinin sözçüsü Vanessa Zenjini bildirib.

Qeyd edək ki, noyabr 28-də ABŞ-ın və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda XİN-ə çağırılıblar.

Rəsmi Bakı bu ölkələrdə qeydiyyatda olan təşkilatların “AbzasMedia” portalı ilə qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyini bildirib.

"Sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib", - məlumatda qeyd olunub. 

Adı çəkiləndən biri olan Fransanın səfirliyi hələlik məsələyə münasibət bildirməyib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistan tərəfi Azərbaycana cavab verib: "Konstitusiya daxili işimizdir"

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

“Sülh müqaviləsi layihəsinin razılaşdırılmış bəndlərində göstərilir ki, tərəflər sazişin müddəalarına əməl etməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər”. Toplum TV xəbər verir ki, bunu martın 1-də Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatik Forumundakı panel müzakirələrində Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.  Panel əsnasında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və Bakının bununla bağlı qarşı tərəfdən açıqlama gözlədiyini bildirib.  Rubinyan isə Hacıyevə cavabında bildirib ki, Konstitusiya və hüquqi bazası Ermənistanın daxili işidir: "Bunun qətiyyən sülhməramlı proseslərlə əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".  Onun sözlərinə görə, saziş layihəsinin razılaşdırılmış bəndlərində Ermənistan və Azərbaycanın...
Siyasət

Aİ nümayəndəsi: Azərbaycanla Ermənistan yaxın zamanda sülh sazişi imzalaya bilər

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması realdır".  Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu martın 1-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib. Onun sözlərinə görə, müqavilənin bütün elementlər masadadır: "Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb". Klaar həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təbii ki, iki ölkə arasında imzalanacaq. "Kənardakı hər hansı vasitəçi (tərəfdaş) sadəcə bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı...

Seçilmiş Videolar

Toplum TV loqo