Almaniya XİN: Qarabağa təcili beynəlxalq missiya göndərilməlidir
Açıq mənbələrdən götürülüb
Annalena Berbok
"Beynəlxalq müşahidə missiyası Dağlıq Qarabağa mümkün qədər tez göndərilməlidir".
Toplum Tv xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbokun bu barədə bəyanatı sentyabrın 27-də XİN-in rəsmi saytında dərc olunub.
"Hazırda zəruri olan məsələ şəffaflıq və beynəlxalq ictimaiyyətin bölgədə gözdə-qulaqda olmasıdır. Biz tərəfdaşlarımızla birlikdə müşahidəçilərin mümkün qədər tez göndərilməsi üçün səylərimizi birləşdirəcəyik. Azərbaycanın "Dağlıq Qarabağ xalqı"nın təhlükəsizliyini və rifahını təmin etmək öhdəliyinə ciddi yanaşdığının sübutu beynəlxalq müşahidəçiləri qəbul etməsi olardı”, - bəyanatda vurğulanıb.
Berbok Qarabağ ermənilərinə göndərilən humanitar yardımı əhəmiyyətli dərəcədə artırmaq, 2 milyon avrodan 5 milyon avroya qədər çıxarmaq qərarına gəldiklərini də açıqlayıb.
Xatırladaq ki, sentyabrın 26-da ABŞ-ın dövlət katibi Antoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub. Dövlət Departamentindən verilən açıqlamaya görə, Əliyev Qarabağa BMT missiyasının göndərilməsinə razılıq verib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV