Amerikalı senator və konqresmenlər Qubad İbadoğlu ilə bağlı Blinkenə müraciət edib
Açıq mənbələrdən götürülüb
Qubad İbadoğlu
Amerikalı senator və konqresmenlər Azərbaycan Demokratiya və Rifah Hərəkatının həbsdə olan sədri Qubad İbadoğlu ilə bağlı dövlət katibi Antoni Blinkenə müraciət ünvanlayıblar.
Toplum TV xəbər verir ki, bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul sosial media hesabında məlumat yayıb.
Senator və konqresmenlər dövlət katibindən Qubad İbadoğlunun azad olunması ilə bağlı bütün diplomatik vasitələri işə salmağı xahiş ediblər.
https://toplum.tv/siyaset/pqubad-ibadoglunun-hebs-muumlddeti-uzadildip
"ABŞ - alimləri və vətəndaş cəmiyyəti fəallarını susdurmağa çalışan Azərbaycan və onun kimi ölkələri aydın şəkildə başa salmalıdır ki, bu kimi transmilli repressiyalar qəbul edilməzdir.
Biz professor Qubad İbadoğlunun ABŞ universitetlərinə və akademik cəmiyyətinə verdiyi töhfəyə hörmət nümayiş etdirərək onu dəstəklədiyimizi bildirir və Bayden Administrasiyasından Qubad İbadoğlunun azad olunması və həyati əhəmiyyətli vasitələrə - tibbi xidmətə və ailəsi-yaxınları ilə azad şəkildə görüşünə imkan yaradılması üçün bütün mümkün diplomatik vasitələri işə salmağı xahiş edirik", - müraciətdə bildirilib.
Sözügedən müaciətə 9 senator və 10 konqresmen imza atıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?