"Pandora sənədləri": Prezident ailəsinin ofşorlardakı məlumatları açıqlanıb
Rəsmi səhifə
Beynəlxalq jurnalistlər konsorsiumunun (ISIJ) "Pandora sənədləri" (Pandora papers) adlı genişmiqyaslı araşdırmasında Azərbaycan Prezidenti İlham Əliyev ailəsinin və yaxınlarının ofşorlarda məlumatlarının olduğu açıqlanıb.
Bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) yaydığı məlumatda bildirilir.
Mərkəzin iddialarına görə, Əliyevlər və yaxınları 2006-cı ildən etibarən Böyük Britaniyanın Virciniya adalarında qeydiyyatda olan 84 ofşora malik olublar.
"Onların ən azı 8 şirkəti ofşor sistemlərində pulların yuyulması və köçürmələr hesabına milyonlarla dollar əldə edib", - deyə Mərkəzin məlumatında vurğulanır.
Həmçinin qeyd olunub ki, son illərdə bu ofşor şirkətlərindən bəziləri bağlanıb, Əliyevlərə aid olan hissə isə satılıb. "The Guardian" satılan Britaniya daşınmaz əmlakının dəyərinin 400 milyon funt sterlinq olduğunu iddia edir, mülklərdən birinin də Britaniya taxt-tacına satıldığı bildirilir.
Oktyabrın 3-də Beynəlxalq jurnalistlər konsorsiumu dünya liderlərinin ofşor sistemləri ilə güman olunan əlaqələrini əks etdirən "Pandora sənədləri"ni yayımlayıb. Sənədlərdə 100-dən çox milyarderin, 35 dünya liderinin və 400 dövlət rəsmisinin sövdələşmələri göstərilir. Jurnalistlər bunu ofşor hesablarının sızması tarixində ən böyük hadisə adlandırırlar. Sənədlərdə 117 ölkədən olan 600 jurnalistin reportajı yayımlanıb. Burada sızmalardan əldə olunan 11,9 milyon sənədin analiz olunduğu bildirilib.
ISIJ-ın nümayəndəsi mətbuata açıqlamasında deyib ki, konsorsiumun əlinə 12 milyondan çox sənəd keçib. O, dünya miqyasında dövlət liderləri və ali mənsəb sahibləri barəsində yeni "səs-küylü" materialların yayımlanacağını istisna etməyib.
Toplum Tv
Reuters
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”