Siyasət

Parlamentin yaz sessiyasının sonuncu iclasının vaxtı açıqlandı

19 May, 2020
254
Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasının vaxtı müəyyənləşib.

Bu barədə "Report"a Milli Məclisin deputatı Fəzail Ağamalı məlumat verib.

O bildirib ki, parlamentin yaz sessiyasının sonuncu plenar iclası mayın 31-də keçiriləcək.
Siyasət

Azərbaycan Rusiyaya nota verdi

1 Avqust 2021

Sosial Media

Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etirazımız müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb. Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz...
Siyasət

Naxçıvan sərhəddində atışma olub

1 Avqust 2021

Açıq mənbələrdən götürülüb

Avqustun 1-də saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. Bilfirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub (“Report").
Seçilmiş Videolar