Siyasət

Paşazadə: “Qareginə dedim ki, heç bir statusu olmayacaq”

14 Oktyabr, 2021
206

Açıq mənbələrdən götürülüb

“Bu günlər həm Anım, həm də Qələbəmizi başlandığı günlərdir. Mən 30 ildir, erməni dini lideri ilə görüşlər keçirirəm. Bu illər ərzində heç vaxt əyilməsəm də, daxilimdə bir qüssə var idi. Lakin bu dəfə tamam fərqli görüş oldu”.
 
APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin oktyabrın 13-də Moskvada keçirilmiş görüşü barədə danışarkən deyib.
 
A. Paşazadə heç vaxt görüşdən qaçmadığını bildirib, bu görüşlə bağlı Rusiya Patriarxının təklifini də qəbul etdiyini söyləyib:
 
“Rusiya Patriarxı ilə ikitərəfli görüşdə erməni tərəfdən ona xeyli yanlış informasiyalar verildiyinin şahidi oldum. Buna görə də Rusiya Patriarxına Qarabağ reallıqları ilə bağlı ətraflı məlumat verdim. Üçtərəfli görüş isə mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Çünki ilk dəfə qalib tərəf kimi görüşdə iştirak edirdim. Qarşı tərəfin gözlərindəki məyusluğu hiss edirdim. Bu bizim Qələbəmizin nəticəsi idi. Bu Qələbəyə görə qəhrəman şəhidlərimizə, qazilərimizə borcluyuq".
 
Paşazadə görüşdə Qarabağın statusu məsələsinin də qaldırıldığını bildirib:
 
"Görüşdə bir çox məsələ müzakirə olundu. Onlardan biri də Qarabağda yaşayan ermənilərin dini ibadətlərinə şərait yaradılması ilə bağlı idi. Mən də dedim ki, Azərbaycanda bütün dinlərin nümayəndələrinə ibadətləri üçün bütün şərait yaradılıb. Digər məsələ Üçtərəfli Bəyanatın imzalanmasından sonra erməni dini liderinin Xankəndiyə getməsi ilə bağlı oldu. Bu məsələ ilə bağlı erməni katolikosu mənim sualımı cavablandıra bilmədi. Erməni dini rəhbəri “hərbi əsirlər” məsələsinə də toxundu. Mən isə dedim ki, Azərbaycanda heç bir erməni hərbi əsir yoxdur. Görüşdə katolikos “Qarabağın statusu” məsələsini qaldırdı. Mən isə vurğuladım ki, Azərbaycan Prezidenti bu məsələyə öz münasibətini bildirib, heç bir status olmayacaq. Ümumilikdə görüşü məhsuldar hesab edirəm”.

Siyasət

Azərbaycan daha beş erməni hərbçini Ermənistana qaytardı

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycan beş erməni hərbçini Ermənistana qaytarıb. "Novosti Armeniya" xəbər verir ki, Bakıdan qalxan və göyərtəsində erməni hərbçilər olan təyyarə Yerevana enib. Ermənistana qaytarılan hərbçilərin kimliyi də açıqlanıb: ▪️Ambardanyan Mels Karapetoviç ▪️Karapetyan Rafik Robertoviç ▪️Manukyan Jora Vanoeviç ▪️Manukyan Ovsep Robertoviç ▪️Soqomonyan Sedrak Samveloviç
Siyasət

Cinsi zorakılığa qarşı tək adamlıq aksiya keçirildi

19 Oktyabr 2021

Sosial Media

Gender fəalı Gülnarə Mehdiyeva bu gün Bakıda, Prezident Administrasiya yaxınlığında təkbaşına aksiya keçirib. Fəal “Azyaşlını zorlayan niyə azaddır?” şüarı yazılan plakat qaldıraraq rəsmi qurumlardan yetkinlik yaşına çatmayan Sənay Yağmurun (Qəhrəmanlı) təcavüzü ilə bağlı əməli fəaliyyət tələb edib.  G. Mehdiyeva "Feysbuk"un canlı yayımında bildirib ki, ölkə rəhbərliyi Sənay Yağmurun məsələsinə müdaxilə etməli və təqsirkarın cəzalandırılmasını təmin etməlidir, əks halda bu, cinayətkarı himayə etmək demək olacaq. “Həmin insan nə qədər ki, azadlıqdadır, biz hamımız təhlükədəyik”, - deyə fəal vurğulayıb.  Polis əməkdaşları plakatı fəalın əlindən alaraq, onu naməlum istiqamətə aparıblar. DİN-in mətbuat xidmətindən Turan-a bildiriblər ki, Mehdiyeva saxlanılmayıb. Bölgədən uzaqlaşdırılaraq sərbəst buraxılıb. Ötən...
Seçilmiş Videolar