armtimes/com
Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibə ilə bağlı cinayət işi üzrə istintaq çərçivəsində dindiriləcək.
"Sputnik Armenia" xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin xüsusi mühüm işlər üzrə idarəsinin rəisi Rafael Vardanyan müharibədə ölən hərbçilərin valideynləri ilə görüşdə deyib.
“Baş Prokurorluğun cinayət işi çərçivəsində verdiyi göstərişlər icra olunacaq. Siz artıq İstintaq Komitəsinin rəhbəri ilə görüş təyin etmisiniz və bu görüşdə dindirilmənin vaxtı müzakirə olunacaq”, - deyə Vardanyan vurğulayıb.
Mayın 17-də 44 günlük müharibə zamanı ölənlərin valideynləri Ermənistanın Apellyasiya Məhkəməsi, Baş Prokurorluğu və İstintaq Komitəsinin Hərbi idarəsi qarşısında etiraz aksiyası keçirərək, müharibə işinin dərhal araşdırılmasını və Paşinyanın məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Mayın 12-də Baş Prokurorluq Qarabağda ölən hərbçilərin valideynlərinin müharibə ilə bağlı cinayət işinin istintaqı zamanı zərərçəkmiş kimi tanınması ilə bağlı vəsatətini təmin edib.
Valideynlər Paşinyanın təqsirləndirilən şəxs qismində gətirilməsini və dindirilməyə çağırılmasını tələb edirlər.
Baş Prokurorluq ibtidai istintaqın tam, obyektiv və hərtərəfli aparılması ilə bağlı vəsatəti təmin edib, lakin Baş nazirin həbsi ilə bağlı vəsatət rədd edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür