Primeminister.am
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün, iyunun 9-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə "Nosovti-Armeniya" məlumat verib.
Paşinyanın sözlərinə görə, iki ölkə arasındakı nünasibətlərin gündəliyi çox genişdir.
"Mən şadam ki, bu gün əsas regional təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, regional kommunikasiyaların açılması, hərbi əsirlərin və digər məhbusların geri qaytarılması kimi məsələləri müzakirə etmək imkanımız olacaq”, - deyə o, görüş zamanı qeyd edib.
Baş nazir həmçinin vurğulayıb ki, Rusiyanın Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya dəstək verəcəyinə ümid edir.
S. Lavrov isə Baş nazirə görüş imkanına görə minnətdarlığını bildirib, Prezident Vladimir Putinin səmimi salamlarını və arzularını çatdırıb və bildirib ki, Rusiya Prezidenti söhbət zamanı əldə olunmuş bütün razılaşmalara sadiqliyini təsdiqləyir.
“Bu gün Ararat Samveloviçlə (Ermənistanın XİN başçısı - red.) sizin qarşımıza qoyduğunuz vəzifələri ən yüksək səviyyədə müzakirə etdik. Təbii ki, regional məsələlər xüsusi diqqətə layiqdir, dediyiniz kimi, üçtərəfli bəyanatların həyata keçirilməsi bizim prioritetimizdir”, - deyə Lavrov bildirib.
Rusiya XİN başçısının Ermənistana rəsmi səfəri iyunun 8-də başlayıb. İyunun 10-da o, Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?