Siyasət

Paşinyan Azərbaycanla sərhəddə KTMT missiyasının yerləşdirilməsini istəyir

29 İyul, 2021
89

Rəsmi səhifə

Ermənistanın Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)  müşahidəçilərinin yerləşdirilməsini istəyir.

TASS-ın məlumatına görə, bu gün, iyulun 29-da hökumətin iclasında çıxış edərkən Paşinyan bildirib ki, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin monitorinqini aparmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidəçilərinin yerləşdirilməsi zəruridir. 

Onun iddiasına görə, Azərbaycan öz hərəkətləri ilə KTMT-ni nüfuzdan salmağa çalışır. 

Hökumət başçısı deyib ki, Azərbaycan daim erməni tərəfini təxribatda günahlandırır, halbuki KTMT üzvü olan Ermənistan təşkilat üçün təhlükə yaratmamağın nə qədər mühüm olduğunu anlayır və heç bir təxribatçı addım atmayacağına təminat verir.

O, həmçinin bütün sərhəd boyunca Rusiya sərhəd postlarının yerləşdirilməsini təklif edib: “Bu, delimitasiya və demarkasiya işlərini toqquşmalar riski olmadan aparmaq imkanı yaradacaq”.

Paşinyan bu məsələni rusiyalı həmkarları ilə müzakirə etməyi planlaşdırdığını da deyib. O, iddia edib ki, erməni tərəfi regionda sülhün və sabitliyin təminatı üçün bütün zəruri addımları atacaq.

Siyasət

Rusiya sülhməramlılarının komandanı yenə dəyişdi

25 Sentyabr 2021

APA

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir. APA-nın məlumata görə, görüş zamanı Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib. Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.
Siyasət

Həbsdəki sabiq məmurların xaricdəki vəsaitləri geri qaytarıla bilərmi?

Vüsalə Mikayıl
24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

"Burada milyonlarla məbləğdən söhbət gedir. Bunlar müsadirə olunmalı və dövlətə qaytarılmalıdır”.  Bu fikirləri “Toplum Tv”-yə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi məsələsini şərh edərkən deyib. Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev sentyabrın 24-də mətbuata açıqlamasında bildirib ki, məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görülür. Vüqar Əliyevin sözlərinə görə, bu hallarla bağlı artıq xarici dövlətlərin səlahiyyətli orqanlarına ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanıb və aidiyyəti üzrə göndərilib. Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, qanunla nəzərdə tutulmuş...
Seçilmiş Videolar