N.Paşinyan rəsmi sayt
"Bu gün beynəlxalq ictimaiyyət bizə deyir ki, Dağlıq Qarabağın statusu ilə bağlı gözləntinizi bir az aşağı salın və siz Ermənistan və "Artsax" ətrafında daha böyük beynəlxalq konsolidasiyanı təmin edəcəksiniz”.
"Azatutyun" xəbər verir ki, bunu aprelin 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyanın tribunasından bildirib.
“Əks halda bizə bel bağlamayın, “beynəlxalq ictimaiyyət deyir». «Ona görə yox ki, biz sizə kömək etmək istəmirik, ona görə ki, kömək edə bilmirik”, - Paşinyan deyib.
Baş nazir bildirib ki, sülh gündəliyinə alternativ yoxdur və Azərbaycanla sülh müqaviləsinin tezliklə imzalanması planlaşdırılır. Onun sözlərinə görə, müqavilənin formatı hələ müzakirə olunmayıb.
Paşinyan "Azərbaycanın sülh danışıqları prosesini tez bir zamanda dalana dirəməyə çalışacağını, bununla da Ermənistana və Dağlıq Qarabağa qarşı yeni təcavüzkar hərəkətlərə bəhanə yaradacağını" istisna etməyib.
Baş nazir "Dağlıq Qarabağ"ın status məsələsində Ermənistanın mövqelərinin “beynəlxalq legitimliyini” möhkəmləndirməyin vacibliyini vurğulayıb. Bu baxımdan Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddiası üzrə qətnamənin əhəmiyyətindən danışıb.
Paşinyan tezliklə qəbulu gözlənilməyən bu qətnamənin "Dağlıq Qarabağ"dakı ermənilərin hüquqlarının qorunmasında əsas faktora çevriləcəyini, “beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağın statusunu qavramasında gözləntiləri artıracağını” söyləyib.
AMEA
Toplum Tv
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”