Açıq mənbələrdən götürülüb
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədindəki hərbi toqquşmalarla bağlı bu gün, sentyabrın 14-də parlamentdə deputatların suallarını cavablandırıb.
İtkilər barədə məlumat verən Baş nazir bildirib ki, hazırda ölkəsi ən azı 105 nəfər itki verib.
Paşinyanın çıxışındakı əsası başlıqlar bunlardır:
- Demarkasiya və delimitasiyadan danışarkən biz hüquqi həll yollarına arxalanmalıyıq. Qanuni əsası olmayan istənilən xəritə rəsmdən başqa bir şey deyil.
- Azərbaycanla Ermənistan arasında sərhədin olmaması ilə bağlı deyilənlər doğru deyil. Bu sərhəd iki mərhələli təcavüz həyata keçirmiş Azərbaycan tərəfindən bu gün pozulub: birinci mərhələ keçən il mayın 12-də olub, ikinci mərhələ indi baş verir.
- Əgər iddia edirlərsə ki, məsələn, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, Dağlıq Qarabağ Sovet İttifaqı dövründə Azərbaycanın tərkibində olub. Əgər bu xəritələri tanımırlarsa, bu bəyanatın siyasi nəticələrini başa düşməlidirlər.
- Ermənistan KTMT-yə 4-cü maddəyə əsasən ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün müraciət edib. Biz KTMT-nin hərbi müdaxiləsini münaqişə vəziyyətinin həlli üçün yeganə fürsət hesab etmirik, bu, siyasi və ya diplomatik yollarla da edilə bilər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
President.az
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?