Siyasət

Paşinyan: "Biz məğlubiyyətimizi qələbəyə çevirməliyik"

22 Sentyabr, 2021
902

Sputnik

"Nə qədər ki, iki erməni dövləti mövcuddur, bizim qəhrəmanlarımız da sağdır" 

"Novosti-Armeniya"-nın verdiyi məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 21-də Respublika meydanında keçirilən Müstəqillik günü ilə bağlı tədbirdə çıxış edib. 

Baş nazir nitqində ölkənin gələcəyə baxmalı olduğunu deyib. 

"Gəlin, Ermənistanın 30 illik müstəqillik tarixini analiz edək. Bunu edərkən uğurlar kimi uğusuzluqları, qələbə və məğlubiyyətləri, ruh yüksəkliyini və narahatlığı, heyranlığı və məyusluğu, müharibələri, zəfər və məğlubiyyətləri görmək mümkündür. İndi sual budur: bundan sonra necə yaşamalı, uşaqların, dul qadınların, ataların və ölənlərin analarının gözlərinə necə baxmalıyıq ki, onların qurbanları mənasız görünməsin? Bizim qarşımızda duran ən əsas tapşırıq gəlcəyə dair düzgün istiqamətlər götürməkdir", - deyə Paşinyan nitqində bildirib. 

Ölkə rəhbərinin sözlərinə görə, tarix dəfələrlə göstərib ki, bəzən müharibədəki qələbə heç də həmişə qələbə olmur, eynilə məğlubiyyət də heç də həmişə məğlubiyyət olmur: "Biz məğlubiyyətimizi qələbəyə çevirməliyik. Qəhrəmanlarımız Ermənistan və Qarabağ üçün öldülər. Nə qədər ki, iki erməni dövləti mövcuddur, bizim qəhrəmanlarımız da sağdır. Nə qədər ki, "Qarabağ Respublikası" və Ermənistan inkişaf edir, onların qurbanları da mənasız deyil, çünki biz onların uşaqlarının, bacı və qardaşlarının vətənindən danışırıq".

"Novosti-Armeniya"-nın verdiyi məlumata görə, müharibə dövründə həlak olan hərbi qulluqçuların bəzi valideynləri paytaxtın düz mərkəzində təmtəraqlı konsert tədbirinin keçirilməsinə qarşı çıxıblar.  

Siyasət

Azərbaycan daha beş erməni hərbçini Ermənistana qaytardı

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycan beş erməni hərbçini Ermənistana qaytarıb. "Novosti Armeniya" xəbər verir ki, Bakıdan qalxan və göyərtəsində erməni hərbçilər olan təyyarə Yerevana enib. Ermənistana qaytarılan hərbçilərin kimliyi də açıqlanıb: ▪️Ambardanyan Mels Karapetoviç ▪️Karapetyan Rafik Robertoviç ▪️Manukyan Jora Vanoeviç ▪️Manukyan Ovsep Robertoviç ▪️Soqomonyan Sedrak Samveloviç
Siyasət

Cinsi zorakılığa qarşı tək adamlıq aksiya keçirildi

19 Oktyabr 2021

Sosial Media

Gender fəalı Gülnarə Mehdiyeva bu gün Bakıda, Prezident Administrasiya yaxınlığında təkbaşına aksiya keçirib. Fəal “Azyaşlını zorlayan niyə azaddır?” şüarı yazılan plakat qaldıraraq rəsmi qurumlardan yetkinlik yaşına çatmayan Sənay Yağmurun (Qəhrəmanlı) təcavüzü ilə bağlı əməli fəaliyyət tələb edib.  G. Mehdiyeva "Feysbuk"un canlı yayımında bildirib ki, ölkə rəhbərliyi Sənay Yağmurun məsələsinə müdaxilə etməli və təqsirkarın cəzalandırılmasını təmin etməlidir, əks halda bu, cinayətkarı himayə etmək demək olacaq. “Həmin insan nə qədər ki, azadlıqdadır, biz hamımız təhlükədəyik”, - deyə fəal vurğulayıb.  Polis əməkdaşları plakatı fəalın əlindən alaraq, onu naməlum istiqamətə aparıblar. DİN-in mətbuat xidmətindən Turan-a bildiriblər ki, Mehdiyeva saxlanılmayıb. Bölgədən uzaqlaşdırılaraq sərbəst buraxılıb. Ötən...
Seçilmiş Videolar