Siyasət

Paşinyan Dağlıq Qarabağ münaqişəsinin ərazi problemi olmadığını deyir

24 Noyabr, 2021
102

Rəsmi səhifə

Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüyünü 1991-ci ildə, Müstəqil Dövlətlər Birliyinin təşkili zamanı qarşılıqlı surətdə tanıyıblar. 

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 23-də "Feysbuk"dakı canlı yayımında deyib. 

Onun sözlərinə görə, sərhədlərin müəyyən olunması və Dağlıq Qarabağ problemi – müxtəlif müzakirə metodları tələb edən ayrı-ayrı mövzulardır. 

Ərazi bütövlüyü məsələsinə gəldikdə, Paşinyan bildirib ki, Azərbaycan və Ermənistan 1991-ci ildə MDB-nin yaradılması prosesində iştirak edərkən bəyannamə və dövlətlərarası razılaşma imzalamaqla ölkələrin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanıyıblar.

“Konkret terminlər altında nəyi nəzərdə tutduğumuzu bilmək lazımdır. Həmin vaxt Artsax (Dağlıq Qarabağın ermənicə adı - red.) məsələsi var idi? Var idi. Amma məsələ belədir: Artsax problemi - ərazi problemidirmi? Bizim yanaşmamızda ərazi problemi deyil. Artsax məsələsi – hüquqi məsələsidir və əraziyə aidiyyatı yoxdur”, - Paşinyan bildirib.

“MDB-nin 1991-ci il sənədlərinə görə, Azərbaycan və Ermənistan qarşılıqlı surətdə ərazi bütövlüklərini tanıyıblar. Məgər bu, Qarabağ məsələsi yoxdur mənasına  gəlir?” - deyə sual verən Baş nazir indiki Ermənistan hökumətinin Dağlıq Qarabağ probleminin təhrif olunduğunu iddia edərkən, həm də bunu nəzərdə tutduğunu söyləyib.

Ermənistan cəmiyyətinin müəyyən hissəsi və müxalifət Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə mənfi yanaşır, bunu Azərbaycanın ərazi bütövlüyünün faktiki olaraq tanınması və Dağlıq Qarabağ məsələsinin sonu kimi dəyərləndirirlər.

Siyasət

Human Rights Watch Tofiq Yaqublunun döyülməsindən yazdı

4 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı həbsxanada artıq 29 gündür aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlini müdafiə aksiyası zamanı baş verənlərlə bağlı “Azərbaycan: Müxalifət lideri həbsdə döyülüb” başlıqlı məqalə ilə çıxış edib. "Turan"-ın məlumatında bildirilir. “Azərbaycan polisi 2021-ci il dekabrın 1-də Bakının mərkəzində keçirilən dinc aksiyanı zorakılıqla dağıdıb və onlarla etirazçını həbs edib. Saxlanılanlar arasında müxalifət lideri Tofiq Yaqublu da var. 60 yaşlı Yaqublu bildirib ki, polis onu şiddətlə döyüb,” Human Rights Watch təşkilatı qeyd edib. Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qogia bildirib ki, “Azərbaycan hakimiyyəti yenə də insanların...
Siyasət

Tofiq Yaqublu prokurorluqda ifadə verdi

3 Dekabr 2021

Sosial Media

Millu Şuranın və "Müsavat" Partiyasının üzvü Tofiq Yaqublu amansızcasına döyülməsilə əlaqədar cümə günü Səbayel Rayon Prokurorluğunda 4,5 saat ifadə verib. Vəkil Nemət Kərimli "Turan"-a bildirib ki, siyasətçinin döyülməsi faktı ilə bağlı cinayət işi hələlik başlanmayıb, araşdırma aparılır. Yaqublu özü bildirib ki, obyektiv araşdırma aparılacağına və günahkarların cəzalandırılacağına inanmır. O, işi Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarmaq niyyətindədir. Yaqublu ifadə verdikdən sonra tibbi ekspertizaya göndərilib. Sonra onun iştirakı ilə "hadisə yeri"nə baxış təyin edilib. Dekabrın 1-də Bakının mərkəzində AXCP fəalı Saleh Rüstəmovun həbsxanadan azadlığa buraxılması tələbiylə etiraz aksiyası keçirilib. Polis 40-a yaxın şəxsi saxladıqdan sonra sərbəst buraxıb. 5 nəfər barəsində isə məhkəmə...
Seçilmiş Videolar