Siyasət

Paşinyan demarkasiya xətlərinin çəkilməsində üçüncü tərəfin iştirakını tələb edir

17 May, 2021
141

Sosial Media

Ermənistanda hökumət başçısı vəzifəsini icra edən Nikol Paşinyan bildirib ki, Azərbaycanla sərhəddə vəziyyətin nizamlanmasına dair danışıqlar 19 mayda da davam edəcək. 

"Kommunikasiyaların açılması və sərhədlərin dəqiqləşdirilməsi Azərbaycan üçün nə qədər vacibdirsə, Ermənistan üçün də o qədər vacibdir. Bu suallar üçtərəfli formatda davam etdirilməlidir", - Paşinyan respublikanın Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən deyib və əlavə edib: 

"Sərhədlərin dəqiqləşdirilməsi məsələsində belə bir nüans var: bir neçə gündür ki, Azərbaycan propoqandası sərhədlərin dəqiqləşdirilməsi prosesinin ikitərəfli formatda aparılması ideyasını önə sürür. Bu, sadəcə bir səbəbdən baş verə bilməz: Ermənistanla Azərbaycan arasında münasibətlər yoxdur. Kommunikasiyaların açılması və sərhədlərin dəqiqləşdirilməsi üçtərəfli formatda keçirilməlidir, məhz ona görə ki, bu formatda dəfələrlə nəticələrə nail olmaq mümkün olub".

Onun sözlərinə görə, danışıqlar dünən gecə saatlarına qədər davam edib, sabah yenə davam edəcək. "Danışıqların mövzusu birdir: Azərbaycan Hərbi Qüvvələrinin hərbçiləri Ermənistan Respublikasının ərazisini tərk etməlidirlər", - Paşinyan vurğulayıb. 

"Azadlıq Radiosu" Ermənistan bürosunun məlumatına görə, dünən ABŞ-ın Dövlət katibi Entoni Blinken və Fransanın xarici işlər naziri Jan İv Lö Drian Qarabağ bölgəsindəki mövcud vəziyyəti müzakirə ediblər. Blinken və Lö Drianın ATƏT-in Minsk qrupu çərçivəsində əməkdaşlıqdan danışdıqları, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həllinin vacibliyini vurğuladıqları qeyd edilib. 

Məsələ ilə əlaqədar olaraq, bu gün Azərbaycan Prezidenti İlham Əliyev də açıqlama verib. 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon söhbəti zamanı İlham Əliyev bildirib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. 

"Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir", - deyə Prezident qeyd edib.
 

Siyasət

Müdafiə Nazirliyi: mütəxəssislər mina xəritələrinin təhlilini aparır

20 İyun 2021

TRT

Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistanın Azərbaycana verdiyi Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib. Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunur ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır və bu iş praktiki olaraq ərazidə həyata keçirilir. “Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”. Anar Eyvazov zamanı çatdıqca əldə olunan nəticələrin ictimailəşdiriləcəyini bildirir....
Siyasət

Gürcüstanın xarici işlər naziri: "Trio formatında əməkdaşlığın davam etdiriləcəyinə ümid edirəm"

19 İyun 2021

Banker.az

“Cənubi Qafqaz regionunda sülhün əldə edilməsi birgə iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirir”. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunun "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı panelində çıxış edərkən deyib. D.Zalkaliani həmçinin qeyd edib ki, regional əməkdaşlığı inkişaf etdirmək Gürcüstan və qonşu ölkələr üçün prioritetdir: “Azərbaycanla əla əlaqələrimiz var, biz strateji tərəfdaşlarıq. Türkiyə bizim strateji tərəfdaşımızdır. Biz Ermənistanla da tarixən yaxın əlaqələrimizi inkişaf etdiririk. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq üçün əla praktiki təcrübəmiz var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrdə kollektiv şəkildə iştirak edirik və bu, əməkdaşlığın...
Seçilmiş Videolar